İsveç Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən layihə AzMİU-da uğurla yerinə yetirilib

İsveç Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən layihə AzMİU-da uğurla yerinə yetirilib Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) “KNAUF Marketing Baku” MMC və Gürcüstanın Enerji Səmərəliliyi Mərkəzi ilə birgə “Binaların xarici konstruksiyalarının istilik izolyasiyası” layihəsini yerinə yetirib. İsveç Beynəlxalq İnkişaf Agentliyi (SIDA) tərəfindən maliyyələşdirilən layihə “RECONOMY” proqramı çərçivəsində həyata keçirilib.
Layihə çərçivəsində AzMİU-nun nəzdində İnşaat Kollecinin 45 tələbəsi üçün universitetdə - “KNAUF Marketing Baku” MMC-nin təlim-tədris mərkəzində və emalatxanasında “Binaların xarici konstruksiyalarının istilik izolyasiyası” mövzusunda nəzəri və praktik təlim kursları keçirilib. Nəzəri təlimləri AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov, müəllimlərdən Gülnar Feyziyeva, Samirə Əkbərova, Müşfiq Mansurov və Sədaqət Əlizadə, praktik təlimləri isə MMC-nin mütəxəssisləri Aydın Hacıyev və Bəybala Abbasov aparıb.
Tələbələr, həmçinin MMC-nin “EuroHome” ticarət mərkəzində yerləşən tədris-təlim auditoriyasında mərkəzin mütəxəssislərinin mühazirələrini dinləyib və binaların istilik izolyasiyası sahəsində yerinə yetirilən işlərlə tanış olublar.
Sonda tələbələrə və nəzəri təlimləri aparan müəllimlərə sertifikat verilib.

Tehsil-press.az


Oxşar xəbərlər