Azərbaycan tarixində qanla yazılmış səhifələrdən biri olan Xocalı faciəsinin növbəti ildönümü olacaq. Bu faciə əslində min illərboyu Azərbaycanın sağalmaz yarası olaraq qalmaqda davam edəcək. Çünki, Xocalıda ermənilər və ruslar tərəfindən dinc əhaliyə qarşı həyata keçirilən qəddarlığa, vəhşiliyə, uşaqların diri-diri süngülərə keçirilməsinə, odda yandırılmasına, başlarının kəsilməsinə, anaların və ataların övladlarının gözləri qarşısında şaqqalanmasına min illər bundan əvvəl belə rast gəlinməyib. Ona görə də hər il fevralın 26-da Azərbaycan xalqı yenidən özünün ən ağrılı günlərindən birini yaşayır və bunu unutmaq nə indi, nə də gələcəkdə mümkün olmayacaq. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev erməni quldurları və onların havadarları tərəfindən Xocalıda törədilən vəhşilikləri Azərbaycan xalqının heç vaxt unutmayacağına diqqəti cəlb edərək soyqırmının on illiyiyi münasibətilə xalqımıza müraciətində demişdi: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən ermənilər və onların havadarları olan Moskvanın Xocalıda törətdiyi vəhşiliklərdən əsas məqsəd isə xalqımızın gözünü qorxutmaq, bizi millət kimi məhv etmək idi. Tarixboyu Azərbaycan xalqının qanına susayan rus imperiyası və onun varisləri ölkəmizə qarşı erməni kartını işə salaraq Azərbaycanı məhv etmək, onu dünyanın siyasi səhnəsindən silmək istəyirdilər. Bunu Xocalı soyqırımında Rusiyanın 366-cı moto-atıcı alayının birbaşa iştirak etməsi də bir daha təsdiq edir. 1992-ci il fevralın 26-da ermənilər məhz 366-cı moto-atıcı alayın tankları və əsgərləri ilə 7 min əhalisi olan Xocalıya hücum etdilər. O dövrdə şəhərdə olan azsaylı özünümüdafiə dəstələri başdan-ayağa silahlanmış vəhşi rus əsgərləri və erməni quldurları qarşısında son damla qanlarına kimi mübarizə apardılar. Bununla belə 366-cı moto-atıcı alayın tankları vasitəsi ilə Xocalıya daxil olmağı bacaran erməni quldurları görünməmiş vəhşiliklərə əl atdılar, insanları vəhşicəsinə qətlə yetirdilər, körpələri süngülərə keçirdilər, uşaqları diri-diri odlara atdılar. Bir sözlə Xocalı soyqırımı zamanı 613 nəfər dinc sakin öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Xocalıdan qaçan əhalininin bir hissəsini isə ermənilər meşələrdə güllə-baran edərək öldürdülər. Bu vəhşilik idi və Xocalı qətliamı dünya mətbuatında geniş işiqlandırıldı. Bu isə dünya ictimaiyyəti arasında böyük əks-sədaya səbəb oldu. Bununla belə Qərbin ikili siyasəti nəticəsində ermənilərə qarşı heç bir addım atılmadı. Əksinə Qərb liderləri pərdə arxasından qəddar erməniləri dəstəkləməkdə davam etdilər. Həmin dövrdə ağır vəziyyətdə qalan Azərbaycanı dövlət kimi məhv etməkdən xalqın tələbi ilə yenidən ölkəmizi idarə etməyə başlayan Ulu Öndər Heydər Əliyev xilas etdi. Heydər Əliyevin uzaqgörən siyasət yeritməsi nəticəsində ermənilərin digər torpaqlarımızı işğal etməsinin qarşısı alındı, Ermənistanla atəkəs haqqında razılıq əldə edildi və ölkəmiz dinc həyata qayıdaraq yaralarını sarımağa başladı Ulu Öndərin rəhbərliyi altında xarici şirkətlərlə Xəzərin neft və qazını dünya bazarına çıxarmağa imkan verən anlaşma imzalandı. Qısa müddətdə neft və qazımızı dünya bazaına nəql etməyə imkan neft və qaz kəmərləri çəkildi. Bu da iqtisadi cəhətdən güclənməyə, ordumuzu müasir silahlarla təmin etməyə imkan verdi, xalqımızın vəziyyəti yaxşılaşdı. Ulu Öndərin layiqli siyasi varisi istedadlı siyasətçi Prezident İlham Əliyev tərəfindən Azərbaycanı daha da gücləndirən addımlar atıldı. Bunun da nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qəhrəman ordumuz işğal altında olan torpaqlarımızı azad edərək mənfur düşməndən Xocalının qisasını aldı. Amma Azərbaycan xalqı heç vaxt Xocalı soyqırımını unutmayacaq və gələcək nəsillər də bu faciəni, ən ağrılı günümüzü kədər və hüznlə qeyd edəcəklər.

Nəsibova İlahə Fuad qızı,
Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakultəsinin
I kurs tələbəsi