Memarlıq və İnşaat Universitetində beynəlxalq layihənin monitorinqi aparılıb

Memarlıq və İnşaat Universitetində beynəlxalq layihənin monitorinqi aparılıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ev sahibliyi ilə tərəfdaşı olduğu Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “WORK4CE - XXI əsrdə sağlam və təhlükəsiz iş mühiti üçün domenlərarası kompitensiyalar” layihəsinin monitorinqi keçirilib.
Monitorinq tərəfdaş ali təhsil müəssisələrindən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Dövlət Gömrük Komitəsi Akademiyasının nümayəndə heyətinin iştirakı ilə reallaşıb. Görüşdə AzMİU-nu beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Beynəlxalq proqramlar və layihələr sektorunun müdiri İsa Muradov təmsil ediblər.
Görüşdə layihənin iştirakçıları görülən işlər, iştirakçılar qarşıya qoyulan öhdəliklər və gələcək zəruri addımlar barədə məlumat veriblər.
Qeyd edək ki, AzMİU bu layihəyə 2020-ci ildən qoşulub. 2023-cü ilə qədər davam edəcək layihənin tərəfdaşları Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycandır. Layihənin məqsədi mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transormasiyanın idarə olunması üçün yeni iş ilə əlaqəli imkanları inkişaf etdirməkdir. Bu yanaşma tərəfdaş ölkələrdəki universitet və sənaye arasındakı boşluğun aradan qaldırılmasını nəzərdə tutur.

Tehsil-press.az




Oxşar xəbərlər