Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) yaradılmasının 103-cü ildönümününə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov Heydər Əliyev və onun Azərbaycan Qızıl Aypara Cəmiyyətində rolundan bəhs edib. O, həmçinin milli Cəmiyyətin humanitar missiyasına daim dəstək olan Ümummilli Lider Heydər Əliyevin humanitar sahədə əvəzsiz fəaliyyətlərindən danışıb.
Daha sonra AzQAC-ın humanitar fəaliyyətləri, xüsusilə sağlamlıq sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Aksiyada iştirak edərək qan verən hər bir insana təşəkkürünü bildirən Novruzəli Aslanov qana ehtiyacı olan insanlara kömək etməyin nə qədər önəmli olduğunu qeyd edib.
Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev AzQAC-ın humanitar sahədə gördüyü işlərin önəmindən söz açıb. AzTU-nun qanvermə aksiyasında AzQAC-a dəstək olmasının vacibliyini vurğulayıb.
Daha sonra AzTU-nun akt zalında tələbələrlə “Azərbaycan QAC və könüllülük” mövzusunda görüş və Mərkəzi Qan Bankı ilə birlikdə qanvermə aksiyası keçirilib.
Tehsil-press.az