Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ali təhsil müəssisəsinin fəaliyyəti və perspektivləri müzakirə olunub.
Müzakirə zamanı Aİİ-nin rektoru dosent Aqil Şirinov tədris prosesi, kitab nəşri, elmi məqalələrin çap olunması, nəzərdə tutulan layihələr ilə bağlı fikirlərini bölüşüb. İnstitutun beynəlxalq əlaqələrinin genişləndirilməsi, ikili diplom, Erasmus+, Mövlanə proqramları ilə tələbələrin xaricdə təhsil imkanları barədə danışan A.Şirinov müasir tələblərə uyğun yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasının önəmli məsələ olduğunu deyib. O, peşəkar kadrların hazırlanması məqsədilə institutda təşkil edilən ödənişsiz hazırlıq kurslarının fəaliyyətini yüksək dəyərləndirib.
Elm və innovasiyalar üzrə prorektor dosent Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin müəllim və əməkdaşlarının əməyi nəticəsində “İlahiyyat nəşrləri” adı altında çap olunan kitablar haqqında məlumat verib. O, “Din araşdırmaları” jurnalının beynəlxalq indeksli nəşrlər sırasına daxil olunması üçün həyata keçirilən təkmilləşdirmə prosesindən bəhs edib.
Tehsil-press.az