PİCASP layihəsi çərçivəsində MİRAS İctimai Birliyinin cari il üzrə tədbirlər planına əsasən martın 27-də Azərbaycan Turizm və Menecment Universitetində “Arxeoloji irsin idarə edilməsi” mövzusunda seminar təşkil edilib.
Sosial menecment fakültəsinin Muzeyşünaslıq, arxiv işi və abidələrin mühafizəsi ixtisası üzrə təhsil alan 30-dan çox tələbəsinin və müəllimlərinin iştirakı ilə keçirilən seminarda məruzəçi qismində çıxış edən tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli (Layihənin milli tərəfdaş qismində MİRAS İctimai Birliyi üzrə inzibati rəhbəri) arxeoloji irsin aşkara çıxarılması və qorunmasının əsasları, bu sahədə görülən işlər, dövlət tənzimləmə mexanizmləri, milli və beynəlxalq təcrübə və s. barədə geniş məlumat verib. Məruzənin ardınca interaktiv formada keçirilən sorğu-sual prosesində tələbələrin bu sahə ilə bağlı bilik və bacarıqları, bu sahənin inkişafı ilə bağlı problemlərin həlli yolları, onların kadr hazırlığı prosesində qarşılaşdıqları boşluqların gələcəkdə aradan qaldırılması imkanları müzakirə edilib. Daha sonra layihənin milli tərəfdaş qismində MİRAS İctimai Birliyi üzrə koordinatoru Məleykə Hüseynova layihənin məqsədləri, görüləcək işlər və planlaşdırılan digər tədbirlərin mahiyyəti barədə məlumat verib.
Qeyd edək ki, 2021-ci ildən etibarən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Avropa Komissiyasının ERASMUS+ Proqramı çərçivəsində maliyyələşdirilən PİCASP (“Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisələri üzrə pilot kurslar”) layihəsinin tərəfdaşıdır. Layihənin əsas məqsədi yeni öyrənmə vasitəsi olan açıq ödənişsiz onlayn kursların (MOOCs) tətbiqi ilə nəzəriyyə və təcrübəni birləşdirən pilot kurslar əsasında kiçik və orta biznes sahəsində müəllimlərin kompetensiyalarının artırılması, yeni metodologiya və tədris vasitələrinin təqdim olunması, mədəni irsin qorunması sahəsində kadr hazırlığı səviyyəsinin yüksəldilməsi, xüsusilə ali təhsil sahəsində potensialın gücləndirilməsindən ibarətdir. Bu məqsədlə il ərzində MİRAS İctimai Birliyi tərəfindən bir sıra ali təhsil müəssisələrinin müəllim və tələbə heyətlərinin iştirakı ilə seminarlar, tanışlıq turları, təlimlər və ekspedisiyaların təşkili planlaşdırılır.
Tehsil-press.az