Ümummilli Lider Heydər Əliyevi keçmiş və indiki tarixi şəxsiyyətlər, siyasi və dövlət xadimləri ilə bəzən eyniləşdirirlər. Əsla bu belə deyil. Açığını deyək ki, şəxsiyyət, zaman və məkan fərqlidir. Heydər Əliyev mübaliğəsiz və müqayisəsiz olaraq, öz müfəssəl həyat və fəaliyyəti, əvəzolunmaz və unikal dəst-xətti ilə seçilən təkrarolunmaz böyük fenomendir. O, nadir, seçilmiş insanlardan biri - zəka, düha sahibidir. Belə bir dahinin azərbaycanlı olması milli üstünlüyümüz və bəşəri uğurumuzdur.
Bu fikirlər tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlının “Heydər Əliyev - Dünya azərbaycanlılarının əbədiyaşarlıq rəmzi” sərlövhəli yazısında yer alıb. Məqaləni təqdim edirik.
Tarixi faktlar göstərir ki, Heydər Əliyevin müdrik və uzaqgörən fəlsəfəsinin kökündə dünya azərbaycanlılarının bütövlüyü dururdu. Məsələlərə şəxsi deyil, fərqli prizmadan - “…bizdən sonra gələn nəsillər, sizin övladlarınız, bizim övladlarımız azərbaycançılığı daha da yüksəklərə qaldırsınlar, Azərbaycan dilini, milli-mənəvi dəyərlərimizi daim yaşatsınlar”, - məntiqi ilə yanaşırdı. O, öz unikal missiyası, hər bir əməli və hərəkəti ilə Azərbaycan xalqının inkişafına xidmət edirdi. O, ağlı ilə düşünən, qəlbi ilə hiss edən, zövqü ilə inşa edən kamil bir insan idi. Qeyri-ixtiyari olaraq hər birimiz Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyevdən danışanda Azərbaycanı düşünür, şüurumuzda və gözlərimizin önündə onu canlandırırıq.
Azərbaycandan xaricə baxanda və xaricdən Azərbaycana boylananda dövlət rəmzlərimiz kimi, Heydər Əliyev fenomeni görünür. Heç şübhəsiz, belə bir tablonu yaradan ilahi qüvvədir. Onun fövqəladə bir şəxsiyyət kimi doğulması, fitrətinin pak olması, istedadı və dühası ilə seçilməsi yaradılışın hökmüdür. Təkcə Azərbaycan tarixini götürsək, öz izlərini qoyub-getmiş müxtəlif sahələr üzrə bir çox görkəmli siyasi və dövlət xadimlərimiz olmuşdur. Heydər Əliyevi həmin şəxsiyyətlərdən fərqləndirən bir çox əlamət və cəhət vardır. Ən əsası, universal bilik və bacarığa sahib olması, ümummilli missiya daşımasıdır. Bu xüsusda, milli məsələlərə lokal deyil, qlobal baxışının olması, bir etnosun bütövlüyü, birliyi və həmrəyliyi istiqamətində vahid ideologiyanın - azərbaycançılıq təlimini formalaşdırmasıdır. Məhz buna görə də, Heydər Əliyev Azərbaycan xalqının, bütövlükdə dünya azərbaycanlılarının lideri statusunu təbii olaraq qazanmışdır. Heydər Əliyevin dünya azərbaycanlıları ilə iş sahəsindəki sistemli yanaşmasını beş istiqamətə, yəni mərhələyə ayıra bilərik:
Birinci mərhələ, (1967-1969) - millililəşdirmə, dövlətçilik şüurunun formalaşdırılması və “azərbaycançılıq” ideologiyasının toxumlarının səpilməsi və yayılması (DTK-nın sədri olduğu vaxt müxtəlif təmayüllü dərnəklər vasitəsilə həyata keçirdiyi fəaliyyət).
İkinci mərhələ, (1969-1982) - milli genefondun qorunması və mövcud imkanlardan maksimum istifadə edərək müvafiq işin aparılması, dissident hərəkatını mühafizə etməsi (Azərbaycana rəhbərliyinin birinci dövrü).
Üçüncü mərhələ, (1982-1987) - Azərbaycanın SSRİ və ondan kənarda tanıdılması və təbliğ olunması (SSRİ-dəki rəhbərliyi illərində plan və proqramların qəbulu, səfərləri və çıxışları zamanı).
Dördüncü mərhələ, (1990-1993) - milli təlatümlərin baş verdiyi dövrdə azərbaycanlıların birliyi və həmrəyliyinə nail olunması istiqamətində konkret addımların atılması, habelə Vətən naminə yumruq kimi birləşilməsi istiqamətində nəticəyə nail olunması (Naxçıvandakı fəaliyyət illəri). Nəhayət beşinci mərhələ (1993-2003) - milli dirçəlişə nail olunması, dünya azərbaycanlılarının təşkilatlanması, Azərbaycan diasporunun formalaşdırılması və vahid xətt üzrə inkişafı (müstəqil Azərbaycana rəhbərlik etdiyi illər).
Tarixin yeni mərhələsində diaspor və lobbiçilik terminlərin funksiyasının daha qabarıq şəkildə genişlənməsi yaşadığımız dövrdə beynəlxalq əlaqələrin vacib elementinə çevrilməsi onu bir daha göstərir ki, qabaqlayıcı tədbirlərin vaxtında görülməsi Azərbaycanın bugünkü inkişafına öz müsbət təsirini göstərib. Azərbaycan Respublikasının daxili və xarici siyasətində, humanitar sahədə xalqlar və dövlətlər arasındakı münasibətlərində diasporun müəyyən yeri və rolu vardır. Buna da Heydər Əliyevin danılmaz xidmətləri sayəsində nail olunub.
Azərbaycan diasporunun meydana gəlməsi, mütəşəkkil ordu kimi təşəkkül tapması və hərtərəfli inkişaf etməsi üçün şəraitin dövlət səviyyədə yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz sovet hakimiyyəti dövrü “Vətən” cəmiyyətinin genişləndirilməsi və intensiv tədbirlər görülməsi, sonra Naxçıvanda birlik və həmrəylik xüsusunda qəbul edilən qərarlar, daha sonra Azərbaycan dövləti səviyyəsində dünya azərbaycanlıları, xaricdə yaşayan soydaşlar və həmvətənlər ilə bağlı konkret və kompleks aktlar Azərbaycan diasporu və lobbisinin rüşeymi hesab oluna bilər. Dünya azərbaycanlılarının konsolidasiyası və koordinasiyasının əsasını təşkil edən, habelə Azərbaycan diasporunun təməlini qoyan Heydər Əliyevin təşəbbüsü, təşkilatçılığı və iştirakı ilə keçirilən I qurultay zamanı Ümummilli Lider çıxışında təkcə milli birliyə və həmrəyliyə necə nail olmağın yolunu deyil, eyni zamanda, onu qorumağın və gücləndirməyin yollarını da göstərirdi.
Dünya Azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyev dünyanın mövcud siyasi mənzərəsinə uyğun yaratdığı optimal idarəetmə üsulu ilə hər bir sahədə olduğu kimi, Azərbaycan diasporunun yaranmasına da xüsusi diqqət yetirirdi. XX yüzilliyin son on illiyi SSRİ-nin süqutu ilə daha çox əlamətdar sayılır. Bununla da keçmiş ittifaq respublikalarının, eləcə də dünyanın həyatında yeni mərhələ başlandı. Dövlət müstəqilliyi bərpa edildikdən sonra milli birliyin qorunması, dünya azərbaycanlılarının vahid məqsəd ətrafında birləşdirilməsi dövlət quruculuğunun əsas vəzifələrindən biri kimi meydana çıxdı. Bu isə dövlət və cəmiyyət quruculuğuna mahiyyətcə və keyfiyyətcə yeni yanaşma tələb edirdi. Dövlət maraqları ilə milli mənafenin vəhdəti sovet dönəmindən sonra ictimai şüurda inqilabi hadisə, milli təkamüldə və milli özünüdərk prosesində yeni mərhələ idi. Bunun əsas zəmini Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının arasında böyük nüfuza malik olması, milli ideologiyanın yaradıcısı kimi qəbul edilməsi ilə qoyuldu.
Milli təəssübkeşliyimizin baş memarı Heydər Əliyevin istəyi və iradəsi ilə Azərbaycan Respublikası müstəqilliyimizin ilk illərində dünya azərbaycanlılarının maraq və mənafeyinin təminatçısı olduğunu rəsmən bəyan etdi və xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılmasına başlanıldı. Elə bu illərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə həyatın bütün sahələrində - iqtisadi, ictimai-siyasi, mənəvi-mədəni və sair sferalarda uğurlar qazanmaqla respublikamızı təkcə SSRİ-də deyil, bütün dünyada tanıtmağa nail ola bilmişdi. O dövrdə sərt imperiya qadağalarına baxmayaraq, müstəsna siyasi çeviklik və uzaqgörənlik nümayiş etdirərək xalqımız və respublikamızın yüksəlişi üçün misilsiz xidmətlər göstərən, mükəmməl siyasi-iqtisadi mexanizm quran Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi köklərimizə bağlılığı, tariximizi dərindən bilməsi, təəssübkeşliyi və təşəbbüsü, milli mənafeyimizi hər şeydən uca tutmasının nəticəsidir ki, azərbaycanlıları birləşdirəcək konseptual ideya - azərbaycançılıq məfkurəsi formalaşmağa başladı. Belə ifadə etmək olar ki, tarixin müəyyən mərhələlərində dünyanın müxtəlif qitələrinə səpələnən həmvətənlərimizi milli məqsəd ətrafında birləşdirən "azərbaycançılıq" ideologiyasının toxumları məhz həmin dövrdə səpildi.
Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Prezident Hafiz Əsədə Hələb şəhərinə getmək və İmadəddin Nəsiminin məzarını ziyarət etmək istədiyini söyləyir. Azərbaycan rəhbərinin istəyini yerinə yetirərək Hələbə gətirirlər və növbəti gün hoteldə bir neçə saat gözlədirlər. Çünki yerli hakimiyyət orqanlarının nümayəndələri məzarı tapa bilmirdilər. Nəhayət məzarı tapırlar, qaydaya salırlar və hətta məzara xidmət edən şəxs də ayırırlar. Ondan sonra Heydər Əliyev məzarı ziyarət edir.
Heydər Əliyev Bakıya döndükdən sonra Nəsiminin tanıdılması, 600 illik yubileyinin keçirilməsi və kinofilmin çəkilişi məsələlərini gündəliyə gətirir. UNESCO-nun "Kuryer” jurnalında İ.Nəsimi haqqında geniş məqalə dərc edilir, əsərləri ingilis, fransız və başqa dillərə tərcümə edilir.
Bu, müxtəlif vaxtlarda xaricə miqrasiya etmiş, yaşamış və yaşayan azərbaycanlılara baxışın formalaşması, bu xüsusda təbliğat və təşviqat işlərinin aparılması prosesinin başlanğıcı idi. Bu cücərən toxumlar SSRİ-nin dağılmağa başladığı ilk illərdə pöhrələnməyə başlamışdı. Məhz müstəqilliyimizin ilk illərində də dünyada yaşayan azərbaycanlıların birliyi və həmrəyliyi yolunda ilk addım da Ulu Öndərin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan MR Ali Məclisinin sessiyasında atıldı. Bununla bağlı qərara 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi bayram edilməsini nəzərdə tutan müddəa ilə yanaşı, bu günün bütün Azərbaycanda qeyd edilməsi barədə Respublika Ali Sovetinə təklif verilməsinin zəruriliyini bildirən xüsusi bənd də salındı. Bu tarixi sessiyadan 9 gün sonra dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan olunması barədə qərar verildi.
Heydər Əliyevin "Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (2008-ci ildən Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması haqqında" 2002-ci il 5 iyul tarixli Fərmanı, 2003-cü il 21 fevralda qüvvəyə minən "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqinə dair Fərmanı və digər analoji tədbirlərin görülməsi bir daha sübut edir ki, Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının milli birliyinin və tərəqqisinin təminatçısı Azərbaycan dövlətidir.
Azərbaycan diasporunun formalaşması və güclənməsinə böyük önəm verən dahi Heydər Əliyev rəsmi və qeyri-rəsmi xarici səfərlərdə olduğu ölkələrdə yaşayan azərbaycanlılarla görüşmüş, bu intensiv görüşlərdə doğma Azərbaycana məhəbbət aşılamış, bu görüşlərdən sonra həmin ölkələrdə xaricdəki soydaşlarımız və həmvətənlərimiz bir araya gəlmiş, təşkilatlanmış, onlar doğma vətən Azərbaycanla sıx əlaqə yaratmağa başlamış, ayrı-ayrı ölkələrdə diaspor quruculuğu genişlənmişdir. Bütün bunlar, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş diaspor quruculuğu işinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini təsdiqləyir. Məhz diasporla bağlı Ümummilli Liderin əsasını qoyduğu məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda dünya azərbaycanlılarının birliyi və həmrəyliyinin daha güclü qüvvəyə çevrilməsi yönündə dövlət siyasəti yeni müstəviyə qaldırılmışdır.
Bakı şəhərində 2006-cı ildə dünya azərbaycanlılarının ikinci, 2011-ci ildə üçüncü, 2016-cı ildə dördüncü qurultayı bu yeni mərhələdə qarşıda duran əsas vəzifələri müəyyən etmiş, xaricdə yaşayan azərbaycanlıların birliyi və həmrəyliyinin mayə və qayəsinin yeni dünyanın reallıqları kontekstində həyata keçirilməsinin əsas prinsipləri göstərilmişdir.
2006-cı ilin iyununda Türkiyənin Antalya şəhərində keçirilmiş dünya azərbaycanlı ziyalıların - mədəniyyət və incəsənət xadimlərinin üçüncü forumu diaspor quruculuğu işinə yeni çalar vermişdir. Bu forumun əhəmiyyəti azərbaycanlı ziyalıların diaspor hərəkatına daha geniş cəlb edilməsindən ibarət olmuşdur. XX əsr Türk dünyasının görkəmli dövlət xadimləri və siyasətçilərinin bir araya gəlməsi ümumtürk problemlərinin həllinə dair müzakirələr aparması, düşüncələri və təklifləri ilə bu işə töhfələrini vermələri sözügedən forumda cərəyan etmişdir.
Sözügedən sahədə bunun bariz göstəricisi olaraq 2007-ci il martın 9-da Bakıda Azərbaycan-türk diasporunun birgə forumu keçirilməsini qeyd edə bilərik. Forumda türk dövlətləri arasında strateji ortaqlığın inkişaf etdirilməsi, diaspor iş birliyi, türk tarixi, sosial-iqtisadi inkişaf, mədəniyyətlə əlaqəli faktların dünya ictimaiyyətinə çatdırılması, türk diaspor təşkilatlarının işinin yüksək hala gətirilməsi, ayrı-ayrı ölkələrdə yaşayan türklər arasındakı münasibətlərin inkişafı və yaşadıqları problemlərin qaldırılması kimi müzakirələr aparılmışdır.
Bundan başqa forumda türk-Azərbaycan diaspor təşkilatları ortaq fəaliyyət protokolu, dünya türklərinə müraciət, Bakı bəyannaməsi, Ermənistanın Azərbaycana təcavüzü və ermənilərin Türkiyəyə qarşı terror və soyqırımı sayıqlamalarına qarşı bəyanat, Ermənistanın Azərbaycan torpaqlarının işğalını pisləyən qərar, sözdə erməni soyqırımını qəbul edən ölkələrə etiraz bəyanatının protokolları qəbul edilmişdir.
Diaspor quruculuğunun təkmilləşdirilməsi ilə bağlı məqsədyönlü siyasətin yeni və vacib çalarlarla davam etdirilməsinin daha bir göstəricisi isə qabaqcıl gənclərimizin dünyada yüksək ixtisaslı azərbaycanlı mütəxəssislərin, gənclərin bu yöndə təşəbbüslər göstərmələridir. Məsələn, azərbaycanlı alimlərin müxtəlif platformalarda iştirakı, habelə Heydər Əliyev Fondunun beynəlxalq layihələri, Fondun vitse-prezidenti Leyla Əliyevanın Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və İƏT Gənclər Forumu məqsədyönlü fəaliyyətləri ilə seçilir. RAGT Rusiyada yaşayan və çalışan vətənpərvər, qabaqcıl, intellektual gənclərinin bir araya gəldiyi adıçəkilən təşkilat artıq nəhəng ölkənin ictimai arenasında uğurlu debütü ilə diqqət çəkməkdədir.
Dünya azərbaycanlılarının V qurultayının Şuşada reallaşdırılması da təsadüfi hadisə deyildir. Bu, forma və məzmununa görə yeni hədəf və ideoloji mərhələnin başlanğıcına incə bir işarədir. Göründüyü kimi, bu sahə dünən olduğu kimi, bu gün də aktuallığını itirməyib. Çünki bu bir milli məsələ və bəşəri həldir. Buna görə də diaspor strateji və həssas orqanizm olaraq daim diqqət mərkəzində olacaq və qayğı ilə əhatələnəcək. Heç şübhəsiz ki, Heydər Əliyev yolu bu sahədə davam etdirilməklə zaman-zaman öz bəhrəsini verəcəkdir. Qlobal çağırışlar, beynəlxalq humanitar problemlər, etnik-milli məsələlər fonunda müasir mərhələyə qədəm qoyan diasporla iş sahəsində gözləntilər özünü doğruldacaq və milli məqsədyönlü nəticələrə nail olunacaqdır. Müasir beynəlxalq münasibətlər sistemində dəyişən reallıqlar kontekstində diasporla təkmil iş qurulacaq, milli brendimizə çevrilən Azərbaycan multikulturalizmi və tolerantlığı modelinin yayılmasına, “Zəngəzur məsələsi”nin həllinə və Qərbi azərbaycanlı qaçqınların öz ata-baba yurduna repatriasiyasına töhfə verəcək.
Tehsil-press.az