Tələbələr “ABB Tech Akademiyası”nın yeni proqramları barədə məlumatlandırılıb

Tələbələr “ABB Tech Akademiyası”nın yeni proqramları barədə məlumatlandırılıb Azərbaycan Texniki Universitetində (AzTU) “ABB Tech Akademiyası”nın informasiya texnologiyaları sahəsi üzrə yeni proqramlarının təqdimatı keçirilib.
Görüşdə ABB İnnovasiya Mərkəzinin daxili və xarici əlaqələr üzrə mütəxəssisi Azad Əliyev, tələbə və rezidentlərlə iş üzrə mütəxəssisi Aytac Rəcəbli “ABB Tech Akademiyası”nda tədris prosesi, yeni proqramlara qəbul qaydaları və şərtlər barədə tələbələrə məlumat veriblər. Bildirilib ki, Akademiyada tədris beynəlxalq təcrübəli mütəxəssislər tərəfindən keçirilir. Tədris prosesi fərdi və qrup şəklində praktiki fəaliyyətləri əhatə edir.
Proqrama yüksək göstəricilərlə qəbul olunan tələbələr ABB və "Technest" təqaüd proqramı çərçivəsində ödənişsiz təhsil imkanı əldə edəcəklər.
Qeyd edək ki, “ABB Tech Akademiyası”nın yeni proqramlarına “linux” idarəetmə sistemi, “full stack” tərtibatçılıq, QA avtomatlaşdırma və informasiya texnologıyaları üzrə biznes analitika daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər