Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş “Yaradıcı müəllim: inkişaf edək, etdirək” təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan mükafatlandırılma mərasimində BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.
Dövlət Himni ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın xatirəsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva Ulu Öndər və görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın ailə dəyərlərinin hər kəs üçün örnək olduğunu diqqətə çatdırıb. İdarə müdiri Zərifə Əliyevanın elmi-pedaqoji, ictimai fəaliyyətinin həkimlərin yeni nəslinin yetişməsinə, Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərməsindən bəhs edib və onun zəngin elmi irsinin bu gün də aktual olduğunu söyləyib.
İdarə müdiri ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq və müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək baxımından bu cür müsabiqələrin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Təhsilimizin inkişafı üçün qabaqcıl təcrübəyə malik, istedadlı, peşəkar müəllimlərə hər zaman ehtiyac olduğunu deyən M.Vəliyeva sürətlə dəyişən dövrün müəllimdən yeni axtarışlar, ideyalar, yanaşmalar, yenilikçi təşəbbüslər tələb etdiyini bildirib. O, müsabiqənin məqsədi və əhəmiyyəti barədə danışıb, “Yaradıcı müəllim: inkişaf edək, etdirək” mövzusunda təqdimat müsabiqəsində yenilikləri ilə seçilən müəllimlərin dəyişən, yenilənən dünyamızın, cəmiyyətimizin quruculuğunun fəal iştirakçılarından olduqlarını diqqətə çatdırıb.
Daha sonra müsabiqə üzrə I, II və III yerin qalib müəllim və şagirdlərinə diplomlar təqdim olunub, həvəsləndirici yerlərə layiq görülən iştirakçılar tərifnamə, digərləri isə fəal iştiraklarına görə təşəkkürnamə ilə təltif ediliblər.
“Yaradıcı müəllim: inkişaf edək, etdirək” müsabiqəsinin qalibləri göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.
Tədbir müəllim və şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.
Tehsil-press.az