1 nömrəli Bakı Tibb kollecinin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan səhiyyə naziri Teymur Musayev çıxışında kollecin yaradılması tarixindən və inkişaf yolundan danışıb. Nazir tibbi kollecin fəaliyyətində bir sıra tanınmış həkim-müəllimlərin, həmçinin görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın mühüm rol oynadığını qeyd edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tibb təhsilinin inkişafına, səhiyyə və tibb işçilərinə göstərdiyi diqqət və qayğıdan danışan səhiyyə naziri çıxışının sonunda kollec heyətinə uğurlar arzulayıb.
Azərbaycanda təhsil sisteminin tarixindən bəhs edən təhsil naziri Emin Əmrullayev 120 il ərzində kifayət qədər sürətli və uğurlu yol qət edildiyini bildirib. O zamanlar azərbaycanlı həkimlərin sayının az olduğunu qeyd edən təhsil naziri hazırda Azərbaycan Tibb Universitetinin, tibb kolleclərinin peşəkar tibb işçiləri yetişdirdiyini, xaricdə olan ali təhsil müəssisələrində ölkəmizi uğurla təmsil edən həkimlərimizin, alimlərimizin olduğunu diqqətə çatdırıb.
Kolleclərin fəaliyyətindən bəhs edən nazir həmin təhsil müəssisələrində tibb bacılarının yetişdirildiyini, bunun isə qızların təhsilə cəlb olunmasında xüsusi rol oynadığını vurğulayıb.
1 nömrəli Bakı Tibb kollecinin direktoru Nailə Əliyeva tibb ocağının tarixi və müasir dövrdə fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.
Daha sonra kollecin tarixi və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında hazırlanmış videoçarx təqdim olunub.
Sonda 1 nömrəli Bakı Tibb kollecinin bir sıra əməkdaşları Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif olunublar.
Tehsil-press.az