Türkiyəli alimlər Folklor İnstitutunda olublar

Türkiyəli alimlər Folklor İnstitutunda olublar Türkiyədə fəaliyyət göstərən Dünya Söz Akademiyasının İdarə Heyətinin sədri professor Hayrettin İvgin, Bolu Abant İzzet Baysal Universitetinin professoru Ali Yaman, Nevşehir Hacı Bektaş Veli Universitetinin professoru Mehmet Çeribaş, Muğla Sıtkı Koçman Universitetinin əməkdaşı Kenan Koç, Dokuz Eylül Universitetindən Mehmet Yardımcı, Elmi və Ədəbi Əsər Sahibləri Peşəkar Birliyinin Ümumi İdarə Heyətinin üzvü Ayhan Nasuhbeyoğlu, Hacı Bektaş Veli Kültür Dərnəyinin rəhbəri Mustafa Özcivan və “Şəfəq” jurnalının baş redaktoru şair Qardaş Əlişoğlu AMEA-nın Folklor İnstitutunun qonağı olublar.
Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanovla görüşdə qonaqlara müəssisənin fəaliyyəti, inkişaf perspektivləri və s. haqqında məlumat verib. Görüşdə müasir elmin aktual problemləri ilə bağlı maraqlı söhbət aparılıb.
Görüşdə Folklor İnstitutunun əməkdaşları da iştirak ediblər.
Sonda qonaqlar Türkiyədə nəşr olunmuş bir neçə kitabı akademik Muxtar İmanova təqdim ediblər. Qonaqlara da institutda nəşr olunan kitablar, elmi jurnallar, disklər hədiyyə olunub.

Tehsil-press.az




Oxşar xəbərlər