Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) üzrə proqram əlaqələndiricisi Aytac Babayeva, mütəxəssis İranə Axundova və Keyfiyyət təminatı şöbəsinin Monitorinq və audit bölməsinin rəhbəri Sara Bağırlı Avstriyanın IMC Krems Universitetində Erasmus+ layihəsi çərçivəsində keçirilən “International Staff Week” həftəsinin iştirakçısı olublar.
Təlimə Azərbaycandan başqa, Avropa ölkələri və tərəfdaş universitetlərin nümayəndələri də qatılıblar. “IMC International Staff Week”in gündəliyinə əsasən müxtəlif ölkə və tərəfdaş universitetlərin nümayəndələri arasında bilik və təcrübə mübadiləsi təşkil edilib. Ali təhsil sisteminin keyfiyyətli idarə olunması mövzusu diqqətdə saxlanılıb. Təlimin gedişatında IMC Krems Universitetinin akademik direktoru, pedaqoji heyət və departament rəhbərləri tərəfindən “Ali təhsildə didaktika”, “Bakalavr və magistr işlərinə rəhbərlik və qiymətləndirmə”, “Tədqiqat işinin aparılması”, “AACSB-Akkreditasiya”, “Mübadilə proqramı çərçivəsində qəbul proseduru” kimi mövzulardan bəhs olunub.
İnteraktiv təlim zamanı isə digər universitet nümayəndələri ilə təcrübə mübadiləsi aparılıb. Təlim iştirakçıları üçün mədəni turizm istiqamətli ekskursiyalar təşkil olunub.
Təlimin sonunda universitetin icraçı direktoru professor Karl Ennsfellner tərəfindən “İnternational Staff Week” həftəsi iştirakçılarına sertifikat təqdim edilib.
Qeyd edək ki, ATMU IMC Krems Universiteti ilə 16 ildir AATP üzrə ikili diplom layihəsi çərçivəsində əməkdaşlıq edir.
Tehsil-press.az