Sənaye riyaziyyatı haqqında BDU-HİT birgə elmi seminarı

Sənaye riyaziyyatı haqqında BDU-HİT birgə elmi seminarı Bakı Dövlət Universiteti (BDU) və İsrailin tanınmış universitetlərindən olan Holon Texnologiya İnstitutunun (HİT) sənaye riyaziyyatı haqqında birgə elmi seminarı keçirilib.
Seminarı giriş nitqi ilə açan rektor Elçin Babayev Holon Texnologiya İnstitutu ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Bildirib ki, artıq iki universitet arasında ikili diplom proqramının ilk məzunlarının buraxılış mərasimi olub. Birgə əməkdaşlıq müxtəlif istiqamətlər üzrə bundan sonra da davam edəcək.
Sonra HİT-nin prezidenti Eduard Yakubovun nitqi dinlənilib. Seminarda maraqlı və mühüm məruzələrdən biri də Holon Texnologiyalar İnstitutunun icra komitəsinin sədri, Sənaye Riyaziyyatı İnstitutunun təsisçisi və rəhbəri, professor Adir Pridorun məruzəsi olub. Məruzəçi “Tətbiqi riyaziyyat və müasirləşmə” mövzusunda BDU-nun tələbə və gənc tədqiqatçılarına geniş mühazirə oxuyub.
Seminarda təqdim olunan mövzular ətrafında maraqlı müzakirələr aparılıb və tələbələr tərəfindən verilən suallar cavablandırılıb.

Tehsil-press.az




Oxşar xəbərlər