Fransanın ölkəmizdəki səfirliyinin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.
Səfirliyin nümayəndələri ali məktəbin prorektorları Akif Qasımov və Nərgiz Abdullayeva ilə görüşüblər. Görüşdə Fransa universitetləri ilə AzMİU arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Söhbət zamanı mövcud əməkdaşlıq əlaqələrinə toxunulub, yeni əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə detallar, potensial layihələr haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AzMİU-nun Fransanın Monpelye Universiteti, Qrenobl Akademiyası, Paris Universiteti və Paris Sedeks Universiteti ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bu universitetlərlə birbaşa, yaxud da beynəlxalq təhsil layihələri, o cümlədən “Erasmus” çərçivəsində əməkdaşlıq edilir.
Tehsil-press.az