Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Müasir muzeylərin inkişaf tendensiyaları” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova bildirib ki, müasir muzeylərin mövcudluğunu yeni texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Bu, müasir muzeylərin inkişaf dinamikasının mühüm tendensiyalarından birini təşkil edir. Rəqəmsallaşdırmaya istinad edən yeni texnologiyalar muzeylərin bütün istiqamətlərini əhatə edir. Belə bir şərait üçün muzey kadrlarının hazırlığı da məsuliyyət tələb edir. Məhz bu aspekt hazırkı dəyirmi masanın ADMİU-nun təhsil və tədris proqramı çərçivəsində keçirilməsini zəruri edir.
Turizm və kitabxana informasiya texnologiyaları kafedrasının dosenti Nəzirə Əliyeva muzeylərin rəqəmsallaşdırılması mövzusunda məruzə ilə çıxış edib, tələbələrə hazırda bu istiqamətdə tədrisin necə aparıldığından danışıb.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov dünya təcrübəsinə əsaslanan bir sıra maraqlı təklif və tövsiyələrlə çıxış edib, mövzu ilə bağlı fikir və düşüncələrini bölüşüb.
Dəyirmi masada ADMİU-nun prorektorları Nigar Rüstəmova, Sədaqət Əliyeva, Mədəniyyət Nazirliyinin Muzey və daşınan mədəni irs sektorunun müdiri Altun Mikayıllı, Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun nəzdində fəaliyyət göstərən İçərişəhər Muzey Mərkəzinin direktor müavini Məlahət Fərəcova, Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, ADMİU-nun Muzeyşünaslıq kafedrasının müdiri dosent Yeganə Eyvazova və başqaları iştirak ediblər.
Çıxış edən muzey direktorları və iştirakçılar kadrların hazırlanmasında yaranan problemlərdən söz açıb, öz təkliflərini irəli sürüblər.
Sonda hər kəsə təşəkkürünü bildirən rektor Ceyran Mahmudova bildirib ki, onların bütün tövsiyələri nəzərə alınacaq: “Ümidvarıq ki, bizim birgə fəaliyyətimiz muzey işinin tədrisində daha əlverişli strategiyanın formalaşmasına kömək edəcək”.
Tehsil-press.az