Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Özbəkistanda I “Türk dövlətləri tələbə tamaşaları teatr festivalı”nda iştirak edirlər.
Mayın 26-dək TÜRKSOY-un təşkilatçılığı, Özbəkistan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Daşkənddə Dövlət Sənət və Mədəniyyət İnstitutunda keçirilən festivala ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın rəhbərliyi ilə universitetin nümayəndə heyəti də qatılıb.
Festival çərçivəsində keçirilən Türk Dövlətləri Sənət Universitetləri Birliyinin I toplantısında professorlar Ceyran Mahmudova və İsrafil İsrafilov da iştirak ediblər. Ceyran Mahmudovaya Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun özəl mükafatı təqdim edilib.
Festivalın ikinci günü ADMİU-nun Dram teatrı və kino aktyoru ixtisası üzrə təhsil alan tələbələri Tuncer Cücənoğlunun “Uçqun” psixoloji dramı ilə uğurla çıxış ediblər. Kursun rəhbəri Əməkdar artist dosent Yaqut Paşazadədir.
Tehsil-press.az