Bakı Slavyan Universitetində (BSU) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş elmi seminar keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BSU-nun rektoru Anar Nağıyev müasir müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Gününün əhəmiyyətindən söhbət açıb. Rektor hər bir xalqı yeniliyə, inkişafa aparan günlərin olduğu kimi, Milli Qurtuluş Gününün də xalqımızın azad olmasına, yeniliyə aparan tarixi gün olduğunu qeyd edib. Ötən əsrin 90-cı illərinin əvvəlində kommunist münasibətlər sisteminin çökməsi ilə dünyada yaranan yeni geosiyasi reallıqlar kontekstində Azərbaycanın bir əsrdə ikinci dəfə öz müstəqilliyini elan etmək imkanı qazandığını deyib. O, ərazilərimizin bir hissəsinin işğal olunduğu həmin çətin tarixi dönəmdə respublikamızın iqtisadi və beynəlxalq əlaqələri qurmaq üçün böyük bir yol getməli olduğunu xatırladıb. Anar Nağıyev tarixə qısa ekskurs edərək, Ulu Öndərin hələ Naxçıvanda olarkən Azərbaycanın dirçəlməsi üçün mühüm addımlar atdığını deyib. 1993-cü ildə Ulu Öndərin yenidən hakimiyyətə gəldikdən sonra gördüyü işlərə toxunaraq, hüquqi dövlətin yaradıldığını, bütün sahələrdə inkişaf və dinamikanın genişləndiyini, bütün bu addımların Ulu Öndərin dövlətçilik bacarıqlarının nəticəsi olduğunu deyib. Məhz onun hakimiyyəti dövründə iqtisadiyyatın gələcək konturlarının müəyyən olunduğunu qeyd edib. Ulu Öndərin bütün dünya azərbaycanlılarının həmrəyliyi və Azərbaycançılıq ideyasının müəllifi olduğunu diqqətə çatdırıb. Heydər Əliyevin dünya tarixində silinməz iz qoyan nadir şəxsiyyətlərdən olduğunu deyib.
Milli Qurtuluş Gününün Azərbaycan tarixində xüsusi yeri olduğunu deyən rektor bu tarixdən sonra Azərbaycanın daha geniş inkişaf yoluna qədəm qoyduğunu nəzərə çatdırıb. Anar Nağıyev məhz Heydər Əliyevin Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafında, sonrakı mərhələdə, ölkəmizin zəfər qazanmış nüfuzlu, etibarlı partnyor kimi qəbul olunması istiqamətində həyata keçirilən bütün fəaliyyətin başlanğıcının Milli Qurtuluş Günündən qoyulduğunu söyləyib.
Hazırda Ulu Öndərin siyasi xəttinin və strategiyasının layiqli davamçısı olan, Azərbaycanın inkişafında öz töhfələrini verən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qalib, çiçəklənən ölkənin vətəndaşı olmağımızla fəxr etdiyimizi və bundan sonra da fəxr edəcəyimizi bildirib. Rektor Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının Azərbaycan xalqının bu dahi şəxsiyyətə verdiyi dəyərin təzahürü olduğunu vurğulayıb.
Humanitar və sosial elmlər fakültəsinin dekanı Sevda Axundova “15 iyun-Azərbaycan xalqının taleyini dəyişən tarix” adlı məruzəsində Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkəmizin inkişafında mühüm mərhələnin başlanğıcının qoyulduğunu qeyd edib. Ümummilli Liderin müdrik və uzaqgörən siyasətindən, misilsiz xidmətlərindən danışıb. 1993-cü ilin 20 iyununda Azərbaycan xalqının həqiqətlərini çatdırmaq üçün yerli və xarici jurnalistlərlə görüşün keçirilməsinin ölkənin informasiya blokadasından çıxması istiqamətində atılmış məqsədyönlü addım olduğunu deyib. O, Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin xilası günü kimi həm də ölkənin gələcəyini müəyyən etdiyini bildirib.
Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri İbrahim Quliyev “Zəfər tarixinə gələn yolun başlanğıcı” adlı məruzəsində Azərbaycanın zəfərinin bünövrəsinin məhz 15 iyun tarixində qoyulduğunu deyib. Həmin dövrdə baş verən gərgin ictimai-siyasi proseslərə nəzər salaraq, dahi rəhbərin ölkənin strateji inkişaf planını müəyyənləşdirdiyini diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsi olduğunu vurğulayıb.
Mövzu ətrafında müzakirələrə qoşulan Tərcümə fakültəsinin dekanı Kamran Hacıyev və Azərbaycanşünaslıq və slavyan dilləri elmi-tədqiqat laboratoriyasının müdiri Sadir Məmmədov tarixə ekskurs edib, 15 İyun tarixinin böyük ictimai, siyasi və tarixi əhəmiyyətindən bəhs ediblər. Gənclərin bu tarixi öyrənməsinin vacibliyini diqqətə çatdırıblar.
Elmi seminar müzakirələrlə davam edib.
Tehsil-press.az