30 ilə yaxın qaçqınlıq statusu ilə yaşayan Azərbaycan vətəndaşları bu gün doğma yurdlarına qayıdırlar. Zamanında Ermənistandan qovulan azərbaycanlılar da öz dədə-baba torpaqlarına dönəcəyi günü səbrsizliklə gözləyirlər.İctimai Televiziya həmin günün həsrətilə yaşayan Qərbi Azərbaycandan olan Elbrus Novruzovla söhbətləşib.
O, dərin kədər və böyük ümidlə Dərələyəz mahalında keçən uşaqlığı, gəncliyi barədə danışıb:
"Bu yaxınlarda düşünürdüm. Bizdə bir misal var, burnunun ucu göynəmək. Uşaqlıq vaxtlarımda mal-qaranı otararkən daş üzərində yazı yazdığım anlar yadıma düşdü...".
Daha ətraflı süjetdə:
Qeyd edək ki, hazırda Qərbi Azərbaycan ərazisindən deportasiya olunan azərbaycanlılarla bağlı siyahıya alınma prosesi davam edir. Bu prosesə 1988-1991-ci illərin deportasiyasından başlanılıb.
Tehsil-press.az








