Mustafa Güçlü: ADA Universiteti regionda “Akademik mükəmməllik mərkəzi” mükafatını qazanan 2-ci ali məktəbdir

Mustafa Güçlü: ADA Universiteti regionda “Akademik mükəmməllik mərkəzi” mükafatını qazanan 2-ci ali məktəbdir “VI ADA 2023” Beynəlxalq Təhsil Konfransı çox yüksək səviyyədə təşkil edilib. Bu cür mötəbər konfransın təşkili üçün ADA Universitetinə, həmçinin tədbirin iştirakçılarına təşəkkürümü bildirirəm. Hər zaman burada olmaqdan çox böyük qürur duyuruq.
Bunu jurnalistlərə müsahibəsində “Anthology” Təhsil və Tədqiqat Mərkəzinin əməkdaşı Mustafa Güçlü söyləyib. ADA Universitetinə “Akademik mükəmməllik mərkəzi” mükafatının təqdim edildiyini bildirən Mustafa Güçlü bu münasibətlə akademik heyəti təbrik edib. O, ADA Universitetinin regionda bu mükafatı qazanan ikinci ali təhsil müəssisəsi olduğunu deyib.

Tehsil-press.az


Oxşar xəbərlər