Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ABŞ-ın tanınmış ali təhsil ocaqlarından olan Corc Vaşinqton Universiteti (CVU) ilə birgə ikili diplom magistr proqramının məzun buraxılışı keçirilib.
Əvvəlcə təntənəli məzun himninin sədaları altında universitetlərin bayraqları zala gətirilib. Sonra proqramla bağlı videoçarx nümayiş olunub.
Mərasimdə açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində bir neçə ali təhsil müəssisəsində ikili diplom proqramları təsis edilib. Bu proqramlardan ilki məhz Pedaqoji Universitet ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanıb.
Rektor vurğulayıb ki, 3 ildir icra olunan proqramdan ötən il ilk məzun olan 22 nəfər indi təhsil və ölkə iqtisadiyyatının müxtəlif sahələrində, özəl və dövlət sektorunda, eləcə də ictimai sektorda uğurla fəaliyyət göstərir. Bu gün isə proqramı uğurla başa vuran növbəti 19 nəfərin məzun buraxılışını qeyd edirik. XXI əsrdə milli-mənəvi dəyərlərə bağlı, yaradıcı təfəkkürlü və müasir dünyagörüşlü, dərin savadlı və praktik səriştəli, rəqəmsal və xarici dil biliklərinə sahib olan gənc mütəxəssislər və fəal vətəndaşlar yetişdirmək hədəfinə çatmaq üçün proqram ADPU-nun təcrübəsini Corc Vaşinqton Universitetinin təhsil elmləri sahəsindəki zəngin təcrübəsi ilə birləşdirmək, bu təcrübəni təhsilimizə inteqrasiya etdirmək fürsəti yaradır. Proqramın məzunları yerli mütəxəssislərlə yanaşı, ABŞ-ın tanınmış professor-müəllim heyəti tərəfindən “Təhsil siyasəti və idarəetməsi” üzrə mükəmməl təlim alaraq zəruri kompetensiyalara yiyələniblər. Bu bacarıqların Azərbaycanda elmin və təhsilin inkişafına ciddi töhfələr verəcəyinə inanırıq.
Sonra CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin professoru Kolin Qrin məzunları təbrik edib.
Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev proqramın icrasını yüksək qiymətləndirib. O vurğulayıb ki, təhsil idarəçiliyi sahəsində beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi və bu sahədə yüksək səviyyəli gənc mütəxəssislərin hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Təkcə son beş-altı ildə bir neçə Azərbaycan universitetli ilə nüfuzlu xarici universitetlər arasında ikili diplom proqramların icrası nəticəsində ölkəmizin yüzlərlə potensiallı gənclərinə Azərbaycanı tərk etmədən, dövlət hesabına nüfuzlu universitetlərdə təhsil almaq imkanı yaradılıb. ADPU-CVU ikili diplom proqramı üzrə ümumilikdə 130-a qədər gəncimizin beynəlxalq səviyyəli mütəxəssislər kimi yetişdirilməsi gözlənilir.
Daha sonra CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyerin videotəbriki təqdim olunub.
Sonda məzunlara fəxri diplomlar təqdim edilib.
Qeyd edək ki, Pedaqoji Universitetin Corc Vaşinqton Universiteti ilə “Təhsil siyasəti və idarəetməsi” üzrə birgə ikili diplom magistr proqramı artıq 3 ildir icra olunur və cari ildə də proqrama 40 nəfərin qəbulu nəzərdə tutulur. Proqram Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu, Dövlət proqramlarının idarəetmə qrupunun dəstəyi ilə həyata keçirilir.
Tehsil-press.az