Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ABŞ-dan olan müəllimi, beynəlxalq səviyyəli təlimçi Kayl Ridlinin fəaliyyətinin başa çatması ilə əlaqədar görüş keçirilib.
Görüşdə Kayl Ridli ilə əməkdaşlığın uğurla yekunlaşdığını deyən Əcnəbi dillər kafedrasının müdiri Aygün Məmmədova öz bilik və bacarığını böyük həvəslə tələbələrlə bölüşdüyü üçün ona təşəkkür edib.
Universitetdə xarici ekspertlərin və müəllimlərin tədrisə cəlb olunmasına xüsusi önəm verildiyini qeyd edən Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev prosesin bundan sonra da davam etdiriləcəyini deyib.
Qeyd edək ki, Kayl Ridli AzMİU və ABŞ-ın ölkəmizdəki səfirliyinin birgə əməkdaşlığı çərçivəsində 2022/2023-cü tədris ili üçün dəvət olunub. Kayl Ridli Harvard Universitetinin xüsusi proqramlar üzrə təlimçisidir. O, həmçinin dilçilik üzrə TESOL, TGT, ELL kimi bir sıra beynəlxalq sertifikatların sahibidir.
Tehsil-press.az