AzMİU əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər

AzMİU əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları “WORK4CE” layihəsi çərçivəsində Belçikanın KU Leuven Universitetinin təşkilatçılığı ilə keçirilən təlimdə iştirak ediblər.
Təlimdə Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müəllimi İsa Muradov və həmin kafedranın digər müəllimi Kənan Həsənov iştirak ediblər. AzMİU əməkdaşları “M06 – Safework Places” və “M09 – Developing Digital Business Ecosystem” modulları üzrə dörd seminarda çıxış ediblər.
Beş gün davam edən tədbirdə layihənin digər beynəlxalq iştirakçıları da çıxış ediblər. Layihə haqqında fikir mübadiləsi aparılıb, iştirakçılar qarşısında qoyulan öhdəliklər və gələcək zəruri addımlar müzakirə olunub.
Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “WORK4CE” layihəsinə üzv olan ölkələr Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycandır. Layihənin məqsədi mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transformasiyanın idarə olunması üçün yeni iş ilə əlaqəli imkanları inkişaf etdirməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər