Azərbaycan İlahiyyat İnstitutu və İdrak İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Biliklərarası inteqrasiya” mövzusunda yay məktəbi başa çatıb.
Bağlanış mərasimində çıxış edən Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov yay məktəbinin səmərəli olduğunu vurğulayıb. Qeyd edilib ki, yay məktəbi tələbələrin inkişafı, dünyagörüşlərinin və biliklərinin artırılması üçün təşkil edilən mühüm tədbirdir.
İnstitutun İlahiyyat fakültəsinin dekanı dosent Elnurə Əzizova bildirib ki, tələbələr mühazirələr dinləməklə yanaşı, Qəbələ rayonunda yerləşən abidələrlə də tanış olublar. Tələbələrə bu imkanın yaradılması onların ölkəmizin multikultural mühiti ilə tanış olmaları baxımından xüsusi əhəmiyyət kəsb edir. İnstitutda tələbələrin biliklərinin artırılması, yüksəkixtisaslı kadrlar kimi yetişmələri üçün müxtəlif kurslar, seminarlar və qış məktəbləri də təşkil edilir.
Bağlanış mərasiminin sonunda tələbələrə sertifikatlar təqdim olunub.
Bir həftə davam etmiş yay məktəbində tələbələr xarici universitetlərin və ölkəmizin tanınmış ilahiyyatçılarının məruzələrini dinləyiblər.
Tehsil-press.az