Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün Türkiyənin Bursa şəhərində təşkil olunan yay məktəbi davam edir.
Yay məktəbinin növbəti günü Bursa Uludağ Universitetinin İlahiyyat fakültəsinin dosenti, din psixologiyası müəllimi İbrahim Gürses tələbələrə həyatı gözəlləşdirməyin yolları, problemlərin həlli üsulları haqqında söhbət açıb. O qeyd edib ki, dünyanı iki fikir – həqiqətlər və düşüncələr idarə edir. Düşüncələrə fikirlərin və qənaətlərin, həqiqətlərə isə inancların, mədəniyyətlərin və irqi ayrılıqların daxil olduğunu diqqətə çatdırıb.
“Həyatınızı fikirlərinizlə, bacarıqlarınızla dəyişə bilərsiniz. Əgər dayanmadan öz üzərinizdə çalışsanız, istedadlı, savadlı olsanız, həyatınızda çox şeyi dəyişə bilərsiniz”, – deyə İbrahim Gürses vurğulayıb. O, insanın bacarıqlarını nümayiş etdirməsi, yaxud istedadını üzə çıxarması üçün səy göstərməsinin vacib olduğunu bildirib, Allahın bütün insanları mükəmməl yaratdığını söyləyib.
Tələbələrin marağına səbəb olan mühazirədə İbrahim Gürses onların suallarını cavablandırıb.
Xatırladaq ki, yay məktəbində Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ilə yanaşı, Qazaxıstan və Qırğızıstan tələbələri də iştirak edirlər. Yay məktəbinin keçirilməsi tələbələrin bilik və bacarıqlarının artırılması, təcrübə mübadiləsi, dostluq əlaqələrinin genişləndirilməsi, eyni zamanda, ölkəmizdəki tolerant və multikultural mühitin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.
Yay məktəbi dövründə tələbələr üçün ərəb və ingilis dilləri, müasir dini cərəyanlar barədə, eləcə də türk dili və ədəbiyyat fənlərindən dərslər keçirilir. Eyni zamanda, tələbələr üçün müxtəlif iş adamlarının, tanınmış ilahiyyatçıların iştirakı ilə seminar və konfranslar təşkil olunur.

Aİİ-nin Mətbuat Xidməti