2012-ci ildə Bakıda "Ziya" nəşriyyatında Dağıstanın Xalq şairəsi Bahu Rəsulovanın iki kitabı işıq üzü görüb.
Elə həmin il AYB-nin "Natəvan" klubunda Ümumrusiya və Beynəlxalq mükafatları laureatı, Rusiya Yazıçılar Birliyinin üzvü, Dağıstan Respublikasının əməkdar incəsənət xadimi, 60-dan çox poetik, nəsr və publisistik kitabların müəllifi Bahu Məşədi Rəsulovanın işiq üzü görmüş kitablarının təqdimatı keçirilib. Bahu xanımın bədii yaradıcılığını və şeirlərini sevənlər şairənin poeziya işığına toplaşıblar.
Birinci kitaba ingiliscə və azərbaycanca hekayələr daxil edilib. "Həyat parçaları" kitabından tərcümə edilmiş kitab ikidildə işıq üzü görüb. (Moskva, "Rus yazıçısı"nəşriyyat evi, 2010-cu il).
"İplə gəzən" kitabından, V.Latininin rus dilindən tərcüməsində "Kəsişmə" adlı poema yer alıb. Həmin poemanı ərəb dilindən doktor Massuxinin və Sədaqət Kərimovanın ləzgi dilindən tərcüməsindən şeirlər daxil edilmişdir.
Üçdildə yazıb-yaradan istedadlı şairə Bahu xanımın Azərbaycana olan sevgisinin hüdudları ölçüsüz, xalqımıza və millətimizə, eləcə də ədəbiyyatımıza cani-dildən bağlı olması onun görüşünə gələnləri valeh etmişdi.
Şairə Bahu Rəsulova görkəmli dövlət xadimi Əziz Əliyevin bugün də dağıstanlıların qəlbində məhəbbətlə yaşadığını və ehtiramla yad edildiyini bildirmişdir.
Bahu Rəsulova Dağıstanın ucqar Karata kəndində dünyaya gəlib.
İlk təhsilini başa vurduqdan sonra, Dağıstan Dövlət Universitetini, həmçinin A.M.Qorki Adına Moskva Ədəbiyyat institutunu bitirmişdir. Xanım şairə əmək fəaliyyətinə doğma kəndində müəllimlik etməklə başlamışdır. "İstina" ("Doğru", "Həqiqət") adlı respublika qəzetinin redaksiyalarında, Dağıstan DTRK-də ədəbiyyat proqramları redaktoru işində çalışmışdır.
Dağıstanın xalq şairəsi Bahu xanımın bəzi kitabları və əsərləri dünyanın bir çox dillərinə tərcümə edilmişdir. Bahu xanım Kazan şəhərində 2016-cı ildə Beynəlxalq mənəvi lirika şeir müsabiqəsinin qalibi olmuşdur.
Saytımızı izləyən geniş oxucu marağını düşünərək, eyni zamanda şeirə, sənətə marağı olanları nəzərə alaraq, Sizə Dağıstanın Xalq şairəsi Bahu Rəsulovanın yaradıcılığı ilə qismən də olsa yaxından tanışlıq maraqlı olar. Bahu xanımın ölkə mətbuatında, eləcə də ayrı-ayrı ölkələrin qəzət və mətbuat səhifələrində dərc olunmuş geniş müsahibələri ilə yanaşı, şairənin şeirlərindən nümunələr və parçalar da dərc olunub.
Tarixən sarsılmaz köklərə bağlı iki qonşu ölkə xalqlarının qardaşlıq, dostluq ənənəsi həyatın bütün sahələrində olduğu kimi, mədəniyyət, ədəbiyyat sahəsində dərin və qarşılıqlı ənənə bugün də yüksələn xətlə davam edir. Yuxarıda tarixi ənənələrlə bağlı sözügedən fikirlərə əməl edərək, həssas qəlbli, Azərbaycanı qəlbən sevən, ədəbiyyatımıza könlü bağlı şairə Bahu Rəsulovanın yaradıcılığının, şeirlərinin kiçik bir hissəsini poeziya həvəskarları üçün ərmağan edirik.
Şairə Bahu Rəsulovanın mətbuata verdiyi müsahibəsini və şeirlərini tərcümə edən Bakı şəhərində yerləşən məktəblərdən birinin müəllimi, hörmətli Mədinə xanım Şaxbanovanın zəhmətini xüsusilə qeyd etməyi özümə mənəvi borc bilirəm. Materialların araya-ərsəyə gəlməsində, ədəbiyyat və şeir vurğunu, gözəl ziyalı Etibar Axundova da öncədən təşəkkür edirik.
– Dəyərli Bahu Məsədi Rəsulova, Sizi salamlayıram! Sizə hər zaman vacib olan və aktuallığını daim qoruyacaq suallar ünvanlamaq istərdim. Sizin öz dəyərli cavablarınızla bizim qazetimizdə yer almanız həm bizim üçün, həm də bizim oxucularımız üçün çox qiymətlidir.
– Mən də öz növbəmdə Sizi salamlayıram, dəyərli Xosiyət Rüstəm! Müdrik, dərin düşünülmüş və maraqlı suallarınız üçün sizə öncədən təşəkkürümü bildirirəm!
– Sizin üçün ədəbiyyat nədir? Nə üçün ədəbiyyat vacibdir?
– Mənim üçün poeziya (ədəbiyyat) havadır. Onsuz yaşamaq qeyri-mümkündür!
***
Sancılandığı zaman kim deyər qadına "Nə qədər olar? Bəsdi! Doğma!" Şerlər də, uşaq kimi, ardına baxmadan dünyaya gəlir. Onları gərək yaşadasan! V.Latıninin tərcüməsi "Ruhun işığı" kitabından (Moskva, 2020-ci il). Sonraki şer-miniatürlər mənə aiddir, həmin kitabdan.
İlham (poeziya, ədəbiyyat) mənim üçün xoşbəxtlikdir, əsla ağır iş və yuxusuz gecələr deyil.
***
Qəlb sətirləri söylərkən,
Yarıyuxulu yazıram mən,
Küskünlükləri və tənqidləri unuduram,
Yaradıcılığın xoşbəxtliyilə nəfəs alıram. Hər kəs anlamır özünü fəda etmənin xoşbəxtliyini!
***
Yaradıcılığa xərcləyirəm həyatımı və pulumu şeir yazarlığa və kitabların nəşrinə. Ağılsızlıq kimi gəlsə də çoxlarına, mən anayam bütün toplularıma.
Ədəbiyyat vacibdir və lazımdır. Həkim bədəni müalicə etdiyi kimi, ədəbiyyat da ruhu sağaldır (müalicə edir). Ruh – qaranlıqlarda sızıldayan bir xəncər, bədən isə – qındır, hamı onu bəzəyər.
***
Sərbəst uçun, yüzqanadlı kitablar.
Sevgi və ümid tapsın insanlar.
Yaxşılıq, təsəlli və parlaq fikirlər,
Oyatsınlar onlarda sizin şerlər.
***
Bütün insanlara bügün vacib olan,
Yaxşılığı oyatmaqdır mənim vəzifəm.
Qiyamətdə qarşımda durarkən Yaradan
Kağızı boşuna qaralamadığımı anlayım mən. "İplə gəzən" kitabından (Moskva, 2011-ci il).
Deyirlər ki: "Sağlam bədəndə, sağlam ruh olar", mən isə deyirəm ki: “Yalnız ruhu sağlam olan həqiqətən sağlam ola bilər”. Ruhu təmiz olan insan həm bəşəri həyatda rahat yaşayır, həm də əbədi həyatda da o qurtulmuş olur.
***
Tez keçən cismani həyatdan,
Söz yazarları içkiyə düşürlər.
Dualarda rahatlıq taparaq mən,
Əbədi həyat haqda düşünürəm.
– Necə düşünürsünüz, ədəbiyyat dünyanı dəyişə bilər? Və necə?
– Mən onillərdir bu suala öz şerlərimlə cavab verirəm: “Bilər, ancaq hər ədəbiyyat deyil, yalnız mənəvi ədəbiyyat”.
***
Quran şeirlərdə verildi Məhəmmədə (və ya peyğəmbərə)
Böyük şair əl atmışdı təqlidlərə
Tanrı hecası verilmişdir bəndələrə
Kaş biz də çatsaq bənzətmələrə.
A.S.Puşkin "Quran təqlidləri" (və ya "Qurana bənzətmələr")
Dəfələrlə demişəm özümə "Şair deyiləm mən!"
Qurandır ən müdrik yazı kitab aləmindən. "Ruhun işığı" kitabından.
"Bənzətməkərdə" Puşkin yazır:
Təqib günlərində, gizli mağarada,
Şirin Quranı mən oxuyanda,
Təsəlli mələyi uçaraq gəldi
Və mənə bir nişan gətirdi.
Quranı oxumaq təkcə təsəlli vermir, həm də səbr, sakitlik, ruh rahatlığı, insan sevgisi, şəfqət, mehribanlıq bəxş edir.
Həmin "Bənzətmələrdə" böyük dahi xəyal edir:
O, mərhəmətlidir; O, Məhəmmədə
Açmışdır işıq saçan Quran.
Təki işığa gedək biz də,
Çəkilsin gözümüzdən duman.
Mən onun son misralarına böyük təəssüf hissi ilə cavab verirəm:
Çəkilməyəcək gözlərdən duman,
Hələki yaşayır əsrlərdə yalan.
Nəqədər ki kordur insanlar,
Ümumi sütunları unudacaqlar.
Adəmdən gəlirik hamımız.
Həvvadır ümumi anamız.
Hamı üçün birdir Tanrımız.
Təkdir haqqa gedən yolumuz.
Kim böyük (uca) Quranı oxuyursa, o, deyər:
Düşünmə ki, uzundur çox
Sənə ayrılan həyat yolun
Harda olsan dəqiqdir vaxt
Qapından başlayır məzar yolun. "İplə gəzən" kitabından. B.Rəsulova, Moskva, 2011-ci il)
Dünya dəyişib, daha yaxşı yer ola bilərdi, əgər biz hamımız anlasaq ki:
Hökmdar da, dilənçi də eyni yolun yolçusudur- atsının qapısında qəbrə gedən yol. Fani dünyaya heçnəsiz gəlib, heçnə aparmadan gedirik. Bütün insanlar yer üzündə yolçudurlar sadəcə.
***
Dünyaya gəldik heçnə olmadan,
Heçnə aparmadan biz gedəcəyik.
İşbazlar və xəsislər çox acizdirlər,
Öz ruhlarının qatilidirlər.
Bunu təkcə müsəlmanlar anlamır, həm də böyük şairlər və yazıçılar da anlayır ( xaçpərəstlər/ xristianlar) – A.Puşkin, M.Lermontov, F.Dostoyevskiy, L.Tolstoy, Nobel oremiasının laureatı İ.Bunin. Bunin yazır:
Böyük Quranı eşitməyən lənətlənib,
Kim ki dua və döyüş üçün sönüb –
Kim ki həyat üçün nəfəs almır”.
– Yazıçılıqda yazıçının şəxsiyyəti vacibdirmi?
– Bəli, vacibdir. Yazıçı yazdığı kimi yaşamalıdır, həm də yaşadığı kimi yazmalıdır – canlı nümunə olmalıdır!
***
Rahat yaşasa da saray xadimi şair,
Yaltaq və ikiüzlü olmaq ona çətindir!
– Uşaqlıq illərinin yazıçının və oxucunun həyatında əhəmiyyəti nədir?
– Uşaqlıq illəri yazıçı üçün çox vacibdir:
Ağacın gücü köklərindən gəlir,
İnsana gücü mənəviyyat verir.
Uşaqllqda alınan doğru tərbiyə, həmçinin evdə verilən mənəvi təhsil çox vacibdir. Ona görə ki, tərbiyə etmək, yenidən tərbiyə etməkdən daha asandır. Uşaqlıqda alınan bilik və tərbiyə hər insanın təməlidir (həyat kökləridir)!
– Bir ildə neçə kitab oxuyursunuz? Bu kitabların sayı kifayət, edir?
– Kitabların sayından daha çox, hansı kitabların oxumaq lazım olduğunu bilmək daha vacibdir. Hər kəs özünə lazım olan yeməyi seçir, eləcə də mənəvi qida seçilir. Mənəvi ədəbiyyat nəyin ki hamıya uyğundur, hətta ruhu müalicə edir.
Bahu Rəsulova.
P.S. Tərcümənin həvəskar tərəfindən edildiyinə görə, bəzi orfoqrafik xətalar ola bilər
Hikmət İslamoğlu.