Repressiv imperial dövlətlərin çöküşünün ən çox yayılmış miraslarından biri vaxtilə birlikdə yaşayan toplumlar arasında ixtilafların ortaya çıxması, bu ixtilafların travmasının isə nəsillər boyunca davam edən münaqişələrə qədər inkişaf etməsidir. Xüsusilə də əgər bu toplumlardan birinin kollektiv psixologiyası əvvəlki travmaları, ekspansionist-revanşist düşüncələri əsasında formalaşıbsa. Ən müasir tarixin iki böyük imperiyasının – SSRİ və Yuqoslaviyanın süqutu da lokal münaqişə ocaqlarının bəşəri faciələrə qədər təkamülünə şərait yaradıb.
Ötən əsrin demək olar ki, hər onilliyində Azərbaycanın tarixi torpaqlarında xalqın iradəsinə zidd, etnik təmizləmə məqsədi güdən addımlar atılıb, bölgədə demoqrafik vəziyyətin dəyişdirilməsinə çalışaraq əslində gələcək Qarabağ müharibəsinin təməli qoyulub. Yuqoslaviyanın repressiv mahiyyəti, müsəlman boşnaklara münasibəti də Avropanın və dünyanın gözü qarşısında cərəyan edən ən qəddar müharibələrdən birinə - Bosniya müharibəsinə yol açdı. Hər iki müharibənin qəddarlığının miqyasını isə iki faciə - Qarabağda Xocalı, Bosniyada isə Srebrenitsa soyqırımları yaxşı ortaya qoyur. Bu faciələrin oxşarlıqları ilə yanaşı, bir sıra fərqli cəhətləri də var. Məsələn, beynəlxalq ictimaiyyət tərəfindən lazımi hüquqi qiymətləndirməsi, qarşı tərəfin üzr istəməsi, cinayətkarların qismən də olsa, cəzalandırılması kimi məqamlar Srebrenitsa soyqırımından fərqli olaraq Xocalı soyqırımına münasibətdə reallaşdırılmayıb.
Yuqoslaviyanın tənəzzülü
Ötən əsrin 90-cı illərinin əvvəllərində Yuqoslaviyanın tənəzzülü SSRİ-nin dağılmasının ardınca sürətlənmişdi. Yaranan xaotik ortamda xalqların qarşısında iki mühüm vəzifə görünürdü – təhlükəsizlik və müstəqillik. Əvvəldən mövcud olan ədavətlər, travmalar və şübhələr sayəsində bosniyalılar, xorvatlar, serblər və digər etnik qruplar arasında baş qaldıran gərginlik tezliklə genişmiqyaslı vətəndaş müharibəsinə çevrildi. Toqquşmalar şəhər və qəsəbələrin mühasirəyə alınıb bombalanmasına, kəndlərin yer üzündən silinməsinə qədər inkişaf etdi. Lakin hər inkişaf tərəqqi olmadığı kimi, Yuqoslaviyada baş verən hadisələr də xalqların demokratiyasının tərəqqisindən çox bölgədə humanizmin tənəzzülü anlamına gəlməyə başladı. Xüsusilə də Bosniyada baş verən müharibə özünün qəddarlığı və amansızlığı səbəbi ilə Avropanın İkinci Dünya müharibəsindən sonra şahid olduğu (əslində isə tamaşa etdiyi) ən ciddi humanitar faciə oldu. Müharibə dövründə zaman-zaman bir tərəf digərinə qalib gəlir və ya məğlub olaraq geri çəkilirdi. Lakin onun amansızlığı 1995-ci ilin iyulunda general Radko Mladiçin rəhbərliyi altındakı bosniyalı serblərin Drina korpusunun BMT tərəfindən “təhlükəsiz zona” elan edilmiş strateji əhəmiyyətli Srebrenitsaya daxil olmasından sonra təzahür etdi.
Ratko Mladiç danimarkalı sülhməramlıların məsuliyyət zonası olan Srebrenitsanı ələ keçirdikdən sonra bölgənin etnik təmizlənməsi məqsədilə hərbçilərinə bosniyalı kişilərin və oğlanların sistematik şəkildə ailələrindən ayıraraq, bəzən isə ailələrinin gözləri qarşısında qətlə yetirmək göstərişi verdi. Nəticədə 8000 mindən çox bosniyalı müsəlman amansızcasına qətlə yetirilib, minlərlə bosniyalı itkin düşüb.
Srebrenitsa qətliamına beynəlxalq hüquqi qiymətləndirmənin verilməsi
Srebrenitsa soyqırımı həm də dünyanın ən arsız cinayətlərindən biridir, çünki bu soyqırımı bütün amansızlığı ilə bütün dünyanın gözü qarşısında baş verirdi, odur ki, ona məhəl qoymamaq mümkün görünmürdü. Törədilən qətliamlara və müharibə cinayətlərinə görə 1995-ci ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı (YBCT) tərəfindən “Serb Respublikasının prezidenti” Radovan Karadjiç və “Serb Respublikası Ordusu”nun (SRO) komandiri Radko Mladiçə qarşı ittihamlar irəli sürüldü. 1999-cu ildə BMT-nin sabiq Baş katibi Kofi Annanın təqdim etdiyi hesabatında etnik təmizləmə kampaniyası çərçivəsində təxminən 7 000 silahsız mülki şəxsin öldürülməsinə görə beynəlxalq ictimaiyyətin məsuliyyət daşıdığını etiraf edildi. 2002-ci ildə isə Bosniya daxilindəki Serb Respublikasının hesabatında 1 800 müsəlman bosniyalının döyüşlər zamanı öldürüldüyü, daha 100-nün isə başqa şəraitdə həlak olduğuna dair hesabatını yayımlandı. Hesabatda qətliam törədənlərin müəyyənləşdirilməsinin vacibliyi də qeyd edildi. Bununla belə bu hesabatda kütləvi məzarlıqlara müəyyən bəraət qazandırılmasına cəhd edildi.
Lakin Serb Respublikasının 2004-cü ildəki ikinci hesabatında qətliama görə (Serb Respublikası Srebrenitsa faciəsinin “soyqırımı” adlandırılmasını istəmir) rəsmi şəkildə üzr istənildi və Srebrenitsada 7 000-dən çox bosniyalı müsəlman kişi və oğlanın qətlə yetirilməsi faktı etiraf edildi.
ABŞ Konqresi də 2005-ci ildə Srebrenitsa soyqırımının 10-cu ildönümü münasibətilə qətnamə qəbul edib. Eyni ildə BMT Baş katibi Kofi Annan bu soyqırımının İkinci Dünya müharibəsindən sonra Avropa torpağında ən pis hadisə olduğunu deyib. 2006-cı ilədək qətlə yetirilənlərin basdırıldığı 42 kütləvi məzarlıq aşkarlanıb, ümumilikdə isə 60-dan çox belə məzarlığın olduğu bildirilir.
Hadisə şahidləri Srebrenitsa soyqırımının Niderlandın sülhməramlı qüvvələrinin gözü önündə və heç bir müdaxilə etməmələri fonunda baş verdiyini bildirirlər. Bəzi şahidlər hərbçilərin qulaqcıq taxaraq serblərin qadınlara təcavüz etməsinə, uşaqların boğazını kəsməsinə fikir vermədiklərini bildirirlər. Lakin Niderland hökuməti 2006-cı ildə həmin vaxt Srebrenitsada qulluq edən sülhməramlılarını mürəkkəb vəziyyətdəki fəaliyyətlərinə görə mükafatlandırıb, onların zəif silahlandırıldıqlarını bəyan edib. Bu münasibət soyqırımını şahidlərini və qətlə yetirilənlərin qohumlarını hiddətləndirib və onlar Niderlandın bu davranışını “alçaldıcı qərar” hesab edərək Haaqada etiraz aksiyaları keçiriblər.
2010-cu ildə Serbiya parlamenti Srebrenitsa qətliamını pisləyən və faciəyə görə üzr istəyən qətnamə qəbul edib. 2013-cü ildə Niderland Ali Məhkəməsi Niderlandın 3 nəfərin qətlinə görə məsuliyyət daşıdığını, qurbanların Niderlanddan kompensasiya tələb edə biləcəyi barədə qərar qəbul edib.
2015-ci ildə BMT Təhlükəsizlik Şurası Srebrenitsa qətliamını soyqırımı kimi tanıyan qətnamə hazırlayıb, lakin sənəd Rusiya tərəfindən veto edilib.
Srebrenitsaya görə cəzasızlığa son – canilərin həbsi
Nəhayət 2007-ci ildən etibarən Srebrenitsa soyqırımının törədilməsində iştirak etmiş serb komandirlərin həbsinə başlanılıb. 2007-ci ildə sabiq serb generalı Zdravko Tolimir, 2008-ci ildə isə Radovan Karadjiç Belqradda həbs edilərək YBCT-yə təhvil verilib. Karadjiçə qarşı soyqırımı, müharibə cinayətləri və insanlığa qarşı cinayət ittihamları irəli sürülüb.
Soyqırımına görə ən çox məsuliyyət daşıyan general Ratko Mladiç isə törətdiyi cinayətlərə görə müharibədən sonrakı 15 il ərzində gizlənib. Lakin 2011-ci ildə Mladiçin Serbiyanın Lazarevo kəndində olduğu aşkarlanıb və o da saxlanılıb və YBCT-yə nəql edilib. Mladiçin saxlanılması Srebrenitsa soyqırımı da daxil olmaqla, Bosniya müharibəsi zamanı törədilmiş vəhşiliklərə görə ədalətin bərpa edilməsi istiqamətində ən önəmli hadisələrdən biri hesab edilir. Mladiç törətdiyi cinayətlərə görə ömürlük həbs edilib.
Məhkəmə proseslərinə təqdim edilən dəlillər və sonradan aparılan araşdırmalar zamanı soyqırımına, həmçinin soyqırımından öncə bölgənin blokadaya alınması səbəbi ilə yaranmış aclığın, səfalətin əlavə detalları üzə çıxıb. Tribunala təqdim edilən görüntülərdə Srebrenitsa qətliamını törədən serblər arasında Serbiyadan gəlmiş “Əqrəblər” dəstəsinin də olduğu məlum olub.
Xocalı və Srebretitsanın oxşar taleləri
Göründüyü kimi, Srebrenitsa soyqırımına beynəlxalq ictimaiyyət tərəfindən müəyyən qiymət verilib, qətliama görə məsuliyyət daşıyan yüksək rütbəli serb generalları gec də olsa, tapılaraq ədalət qarşısına çıxarılıblar. Məhz bu münasibət Xocalı soyqırımına münasibətdə bir qədər fərqdir. Çünki Xocalı soyqırımını törədənlər nəinki törətdiyi cinayətlərə görə cavab veriblər, əksinə sonradan Ermənistanda rəhbər vəzifələrə gələrək Qərb liderləri ilə bir masa arxasında bərabərhüquqlu tərəflər kimi əyləşiblər. Təəssüf ki, bu münasibət Qərbin ikili standartlarının başqa bir təzahürüdür.
Bununla belə, Srebrenitsa ilə Xocalı soyqırımı arasında oxşar cəhətlər də çoxdur. Məsələn, qətliamların hər ikisi müəyyən etnik qrupa qarşı yönəlib və soyqırımı ilə bölgədə homogen demoqrafik vəziyyətin yaradılmasına cəhd edilib. Eyni zamanda, hər iki soyqırımında nifrət hissi cinayətkar hərbi birləşmənin əsas motivasiya qaynağı olub.
Həm Xocalı, həm də Srebrenitsada əhali uzun müddət mühasirədə saxlanılıb, onların üzərində dərin psixoloji təzyiq yaradılıb, qaçmağa çalışan mülki şəxslər amansızlıqla qətlə yetirilib. Hər iki soyqırımında yaş və cinsiyyət ayrımı edilməyib, uşaqlara və qadınlara təcavüz edilib, işgəncələrə məruz qoyulub və daha sonra öldürülüblər. Hər iki soyqırımının baş verməsi beynəlxalq aləmin fəaliyyətsizliyi və tamaşa etməsi fonunda baş verib. Bununla belə, beynəlxalq ictimaiyyət həm Xocalı soyqırımını, həm də Srebrenitsa soyqırımını vəhşilik aktları kimi tanıyıb.
Ən böyük oxşarlıqlardan biri isə hər soyqırımında müəyyən “revanş” elementinin olmasıdır. Bəzi ermənilər 613 Xocalı sakininin qətlə yetirilməsini Sumqayıt hadisələrinə görə ermənilərin “qəzəbli” olması ilə əlaqələndirirlər. Bəzi serblər isə Srebrenitsa soyqırımının bir müddət əvvəl bosniyalı zabit Naser Oriç tərəfindən Kravitsa kəndinə basqını zamanı 30-35 hərbçini və 11-13 mülki şəxsi öldürməsi ilə əlaqəli ola biləcəyini iddia edirlər.
Hər iki soyqırımının travması qurbanların qohumları ilə yanaşı, bütün cəmiyyətin kollektiv yaddaşında dərin izlər qoyub. Hər iki soyqırımı zamanı bölgədə olan və sülhməramlı missiya həyata keçirməsi gözlənilən xarici hərbi kontingent tam fəaliyyətsizlik nümayiş etdirib. Hər iki bölgə qətliamdan öncə mühasirəyə alınıb, mülki şəxslərin oranı tərk etməsinə imkan verilməyib, qaçış yolları bloklanıb, nəticədə zəruri humanitar yardımların çatdırılmasına, həmçinin mülki şəxslərin ərazini tərk etməsinə imkan verilməyib. Hər iki soyqırımını törədənlər məsuliyyət daşıdıqlarını inkar edirlər və törədilmiş cinayətlərin miqyasının kiçildilməsinə çalışırlar.
Bir sözlə, Xocalı və Srebrenitsa soyqırımları ifrat millətçiliyin və əsassız ərazi iddialarının (hər iki bölgədə etnik təmizləmənin aparılması əslində həmin bölgədə kimlərin məskunlaşdığını göstərir) ötən əsrin sonlarındakı ən acı təzahürlərindəndir.
Yuxarıda qeyd edildiyi kimi, Srebrenitsa soyqırımına beynəlxalq ictimaiyyət tərəfindən müəyyən hüquqi qiymət verilib, cinayətkarlar gec də olsa, məsuliyyətə cəlb ediliblər və günahkar tərəf üzr istəyib. Görünür, Qərbdə yaxşı anlayırlar ki, cəzasızlıq mühiti xalqların dinc birgəyaşayışı üçün, elə xalqların özləri üçün olduqca təhlükəlidir. Qafqazda isə hələ ki belə bir presedent yoxdur, əksinə törədilmiş qətliamlara müxtəlif don geyindirilir, səbəb axtarılır, bəzən isə nə qədər gülünc görünsə də, günah qarşı tərəfin boynuna atılır. Məsələn, Ermənistanın Xocalı soyqırımına münasibətdə davrandığı kimi. Amma, Xocalı soyqırımı canilərdən bəziləri 44 günlük müharibədə Azərbaycan Ordusu tərəfindən cəzalarına çatdılar. Azərbaycanın qələbəsi, həm də soyqırımı törədəcək qədər qəddar olan daşnak ideologiyasının dayaqlarını sarsıtdı, soyqırımının təşkilatçıları olan Sarkisyan-Köçəryan cütlüyünə də ağır maddi-mənəvi cəza oldu. Lakin bu canilərin həm də ədalət qarşısında cavab verəcəkləri gün uzaq görünmür.
Tehsil-press.az