Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 1995-ci il iyulun 11-də başlayan soyqırımından xilas olmaq istəyən bosniyalı vətəndaşların Tuzla şəhərinə getmək üçün istifadə etdiyi meşə yolunda “Sülh yürüşü” keçirilib.
Yürüşdə iştirakçılar hər gün təxminən 35 kilometr yol qət ediblər. Xalq arasında “ölüm yolu” kimi də tanınan marşrut üzrə təşkil olunan 3 günlük yürüşdə üç min nəfər iştirak edib. Bu il 18-ci dəfə keçirilən yürüş iştirakçıların Potoçari Memorial Qəbiristanlığına çatması ilə yekunlaşıb.
Bundan başqa, soyqırımının 27-ci ildönümündə Srebrenitsa Xatirə Mərkəzində “Bir ananın yaylığı” adlı layihə reallaşdırılıb. Layihə çərçivəsində 180 ölkədən 9 min yaylıq nümayiş olunub.
Soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə keçiriləcək mərasimə iştirak etmək üçün müxtəlif ölkələrdən gələn paytaxt və Sarayevodan yola çıxan yüzlərlə motosikletçi Potoçari Memorial Qəbiristanlığına çatıb. Həmçinin iyulun 6-da Xorvatiyanın şərqindəki Vukovar şəhərindən başlayan 11-ci Vukovar-Srebrenitsa marafonunun iştirakçıları da Potoçariyə çatıblar və soyqırımı qurbanlarının xatirəsini anıblar.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük insanlıq faciəsi olaraq xarakterizə edilən Srebrenitsa soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Öldürülən bosniyalılar kütləvi məzarlıqlarda basdırılıb. Potoçari Memorial Qəbiristanlığında indiyədək 6671 nəfər dəfn edilib. Faciədən 27 ilə yaxın vaxt keçməsinə baxmayaraq, 1000-dən çox soyqırımı qurbanının cəsədi hələ də tapılmayıb.
Tehsil-press.az