Təhsil qurumlarının nümayəndələri Varşavada innovasiya mərkəzlərinin fəaliyyəti ilə tanış olublar

Təhsil qurumlarının nümayəndələri Varşavada innovasiya mərkəzlərinin fəaliyyəti ilə tanış olublar Polşaya təlim səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Varşava Texnologiya Universitetinə baş çəkiblər.
Səfər çərçivəsində universitetin İnnovasiya mərkəzinin direktoru Pyotr Dardzinski qonaqları mərkəzin fəaliyyəti haqqında ətraflı məlumatlandırıb. Daha sonra mərkəzin əməkdaşı Agniezka Levandovska “Polşanın təhsil sistemində biznes amili və sahibkarlığın təbliği” mövzuda təqdimatla çıxış edib.
Sonda Varşava Universitetinin Texnologiya transferi ofisinin idarə heyətinin üzvü Kşiştof Qulda isə Varşava Universitetinin və ümumilikdə Polşanın innovasiya ekosistemi ilə bağlı çıxış edib və qonaqların suallarını cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər