Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 7-də AMEA Rəyasət Heyətində olub.
Əsas məqsəd AMEA Rəyasət Heyətinin inzibati binası ilə tanışlıq və Azərbaycan-Polşa münasibətlərini, elmi əlaqələrini araşdıran alimlərlə görüşün keçirilməsi olub. Görüşdə AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, eləcə də Polşa-Azərbaycan ədəbi əlaqələrini tədqiq edən azərbaycanlı alimlər iştirak ediblər.
Qonaqları müşayiət edən AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə bütün sahələrin inkişafına nail olunduğunu diqqətə çatdırıb. O, Azərbaycanın dünyanın bir çox ölkələri ilə dostluq münasibətləri qurduğunu deyərək Polşa Respublikasının da bu sırada yer aldığını, əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib. Azərbaycan-Polşa ədəbi əlaqələrinin zəngin tarixi olduğunu söyləyən vitse-prezident Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsində Polşa ədəbiyyatının dərindən tədqiq edildiyini vurğulayıb.
Akademik İsa Həbibbəyli Azərbaycanda ilk dəfə səfərdə olan nümayəndə heyətini Rəyasət Heyətinin inzibati binası ilə yaxından tanış edib, binanın inşa olunma tarixi haqqında ətraflı məlumat verib. Alim vaxtilə İsmailiyyə sarayı adlandırılan bu binanın əsasının tanınmış Azərbaycan milyonçusu Musa Nağıyev tərəfindən 1907-ci ildə qoyulduğunu və binanı dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirdiyini qonaqların nəzərinə çatdırıb. Bildirib ki, Müsəlman Xeyriyyə Cəmiyyəti üçün nəzərdə tutulmuş binanın layihəsini polyak memarı, mülki mühəndis İosif Ploşko hazırlayıb.
Vitse-prezident sentyabrın ortalarında Varşavada keçiriləcək beynəlxalq konfransda 15 nəfər azərbaycanlı alimin ölkəmizi təmsil edəcəyini də diqqətə çatdırıb. O, konfrans çərçivəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri professor Gülər Abdullabəyovanın “XIX əsr polyak ədəbiyyatında Azərbaycan mövzu və insperasiyaları” adlı kitabının təqdimatının keçiriləcəyini bildirib. Alim, həmçinin Polşanın Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin nəzdində Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətə başlamasını Azərbaycan-Polşa ədəbi əlaqələrinin inkişafına böyük töhfə kimi qiymətləndirib.
Sonda akademik İsa Həbibbəyli “Salam Azərbaycan”, “Qədim qalanın yuxuları”, “Azərbaycan qayaları” və “Bakı” kitablarını qonaqlara hədiyyə edib.
Nümayəndə heyəti səmimi qəbula görə AMEA rəhbərliyinə təşəkkür edib.
Qeyd edək ki, Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Varşava Oçota rayonunun pastoru Przemislav Çvek və Varşava Baş Yeparxiyasının Uşaq və Gənclərin Müdafiəsi üzrə Yepiskop Nümayəndəsinin müavini və Varşava Böyükşəhər Məhkəməsində nikah məsələləri üzrə müdafiəçi Mixal Turkovski və başqaları daxildir.
Tehsil-press.az