Xəzər Universitetinin Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekan müavini biologiya üzrə fəlsəfə doktoru Məhəmməd Eldarov və Həyat elmləri departamentinin dosenti Cavid Ocaqi Azərbaycanın cənub bölgəsində (Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik), Dağlıq Şirvan və Böyük Qafqazın şimal bölgələrində (Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki) elmi ekspedisiyada olublar.
Ekspedisiyanın məqsədi Azərbaycanda mədəni bitkilərin yabanı əcdadlarının in situ şəraitində yayılması və populyasiya strukturunun öyrənilməsidir.
Ekspedisiya zamanı 100-dən çox mədəni bitkinin yabanı əcdadlarına aid olan (buğda, arpa, yulaf, sorgo, vələmir, çovar, lərgə, qarayonca, gülülcə, xaşa, üçyarpaq yonca, gəvən, yabanı soğan, yabanı yerkökü, yabanı alma və s.) bitkilərin populyasiyaları tədqiq olunub, bir çox bitkilərin yeni yayılma arealları müəyyənləşdirilib.
Toplanmış bitkilərin məlumatları beynəlxalq deskriptor forması üzrə qeyd olunub və üçölçülü məkan göstəriciləri GPS cihazı vasitəsilə müəyyən edilib. Ekspedisiya zamanı in situ şəraitində populyasiyalarının yayılma strukturu Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin meyarları əsasında öyrənilib.
Tehsil-press.az