“Xalq kimə səs verib, kimin ardınca gedəcəyini daha yaxşı bilir”

“Xalq kimə səs verib, kimin ardınca gedəcəyini daha yaxşı bilir” Planlı inkişaf strategiyası, bu gün öz siyasi taleyini özü həll edə biləcək qədər yüksələn dövlət, tərəqqi və həlledici nöqtə olan zəfər zirvəsi – düşünülmüş siyasətin təməlidir.
Liderlik ruhu, millilik, torpağı, dövləti, xalqı hər şeydən üstün tutmağı bacarmaq irsi – artıq bir missiyaya çevrilib.
Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, inkişafa, təhlükəsizliyə, gələcəyə və onun təminatçılarına qarşı hər zaman həssas yanaşıb. Bu da xalqın genetik uzaqgörənliyinin nümunəsidir.
Xalq kimə səs verib, kimin ardınca gedəcəyini daha yaxşı bilir.
Ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalan, Ali Baş Komandan İlham Əliyev Azərbaycanı dünyada nümunə ölkələr sırasına qaldırdı. Ölkənin hərtərəfli inkişafını təmin etdi. Təməli uğurlu qoyulan və gələcəyi uğura hesablanmış Ulu öndər yolu, doğru, şərəfli yoldur. Azərbaycanın müstəqillik tarixi bunun bariz nümunəsidir.
Cənab Prezidentin dəfələrlə vurğuladığı ifadə ilə desək, ölkədə sabitliyin təminatçısı Azərbaycan xalqıdır və aparılan siyasətdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir.
2003-cü ildən bu günə qədər Azərbaycan iqtisadiyyatı dünyada rekord göstərici üzrə artıb. Qarşıya qoyulan hədəf planların, ilin 6 aylıq yekunları üzrə şəffaf şəkildə cəmiyyətə təqdim olunması da İlham Əliyev siyasətinin ən uğurlu nöqtəsidir. Bu ilin göstəriciləri, bütövlükdə altı ay ərzində Azərbaycan iqtisadiyyatının inkişafı göz önündədir. Bu, həmçinin müharibə və postmüharibə durumunda olan bir ölkənin göstəriciləridir. Statistikaya əsasən, Hədəfimiz olan qeyri-neft sektoru 3 faizdən çox artıb.
Təbii ki, hazırda əsas istiqamət Prezidentin də dediyi kimi, dayanıqlı inkişafının təmin edilməsi ( Respublikamız Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulmuşdur.), qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsidir.
Azərbaycan tarixinin şərəfli səhifələrindən biri əzəli torpaqların işğaldan azad olması dönəmidir. Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına yaşatdığı bu təntənə, ölkənin inkişafı üçün qarşıya qoyulan çoxillik planları sadəcə motivasiya edə bilər. Düşünürəm ki, edir də.
Dünya düzənində bəzi sistemsizliklər yarandı, Pandemiya, postpandemiya, müxtəlif cəbhələrdə aktiv müharibələr və onlardan əziyyət çəkən ölkələr,millətlər, bu və ya digər səbəbdən baş verən kataklizmlər və hətta yerin təbii fiziki dəyişiklikləri sanki insanların psixologiyasına da təsirsiz ötüşməyib. Bəzi davranış qaydalarında fərqliliklər meydana gəlib. İnsanlar artıq dünənki kimi davranmaq, sabah üçün hədəflənmək istəmir. Bütün bu hadisələr fonunda da ölkəni həm daxildə tənzimləmək, həm xarici qüvvələrdən qorumaq özü böyük bir məşəqqət tələb edir. Və burada təktərəfli fəaliyyətdən söhbət gedə bilməz, ümumi rifah və tərəqqi üçün rəhbər-xalq vəhdəti şərtdir. Çünki vətən hər birimizindir. Onu bizdən çox sevən və düşünən ola bilməz. Bunu biz millət olaraq, 44 günlük Vətən müharibəsində, bəzi dünya ölkələrinin Azərbaycana qərəzli münasibətində daha aydın gördük. Biz hələ də, onlara sübut etməyə çalışırıq... Bəli, öz əzəli torpaqlarımızı, nəhayət azad etdiyimiz üçün, nələrisə isbat etməyə çalışırıq.
Bu yaxınlarda ümumilikdə 120 media subyekti və 50 ölkədən 250-dən çox iştirakçı ilə təmsil olunan “Şuşa Global Media Forum”u da məhz bu istiqamətdə keçirilən uğurlu tədbirlərdən biridir.
Bu il, həmçinin dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Prezident İlham Əliyev 29 sentyabr 2022-ci ildə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama uyğun olaraq, bir çox bölgələrdə tədbirlər keçirilməkdə davam edir. Bildiyiniz kimi, bu tədbirlərdən biri də, Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adı altında Şamaxıda təşkil edilmişdi.
İlham Əliyev adını hərb tarixinə “dəmir yumruq” siyasəti ilə yazdı. Diplomatik təcrübələrini bu gün bir çox dünya liderləri özlərinə nümunə olaraq götürür. Azərbaycan kimi coğrafi mövqedə yerləşən ölkəni həm daxildən, həm xaricdən stabillik içərisində, uğurla idarə etmək, qəbul edək ki, çətin olmaqla yanaşı, xüsusi şəxsi keyfiyyətlər də tələb edir. Bu baxımdan düşünürəm biz millət olaraq çox şanslıyıq.
Hesab edirəm ki, son 20 ildə Azərbaycan, İlham Əliyevin idarəçiliyi ilə özünün şərəfli mərhələsini yaşayır. Tarix yalnız qələbələr üçün yazılsın bu millətin kitabına, bizə qələbənin dadını yaşadan Ali Baş Komandan!

Tehsil-press.az


Oxşar xəbərlər