Biz xoşbəxt insanlarıq ki, Ümumimilli Lider Heydər Əliyev kimi dahi şəxsiyyətimiz olub. Əgər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, nə baş verəcəkdi? Lideri olmayan ölkələrin taleyinin şahidi oluruq.
Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, bu gün Ermənistandakı vəziyyəti hər kəs görür: “Ordu hakimiyyətə itaətsizlik edir. Prezidenti də deyir ki, məni siyasətə qatmayın. Yəni, lidersizliyin faciəsini yaşayırlar. Bu vəziyyət bizdə olmamışdımı? Təbii ki, unutmaq olmaz. Təəssüf ki, müstəqilliyimizin ilk illərində eyni günləri biz də yaşamlı olmuşuq. Prezident qaçıb Kələkidə gizləndi, ölkədə vətəndaş müharibəsi, hərbi birləşmələrin müharibə bölgəsindən geri çağrılması və hakimiyyət davasına cəlb olunması, torpaqların sürətlə işğala məruz qalması prosesi. Yəni, xaos və özbaşınalıq, anarxiya.
Yenə bu ağır yükü ulu öndər Heydər Əliyev və onun şah əsəri olan Yeni Azərbaycan Partiyası öz üzərinə götürdü. Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu və müstəqilliyimizin tarixini də məhz 1993-cü ildən hesablamağını daha doğru hesab edərdim. Çünki, Azərbaycanın dövlətçiliyinin əsasları həmin tarixdən yaranmağa başladı.
Dövlət idarəetmə sisteminin formalaşdırılması, bir mərkəzdən idarə olunan Silahlı Qüvvələrin yaradılması, işğalın və vətəndaş müharibəsinin dayandırılması, hüquqi dövlətimizin əsaslarını yaradan konstitusiyanın qəbul edilməsi və geniş islahatlara start verilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”.
Deputat vurğulayıb ki, Azərbaycanın sürətli inkişafı, ordunun müasirləşdirilməsi, dünya ölkələrinın boy sırasında yerinin müəyyənləşməsi, haqq səsimizin dünyaya çatdırılması, dünya informasiya müharibəsindəki qələbəmiz və tarixdə ilk dəfə torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması son 17 ildə Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsi və Yeni Azərbaycan Partiyasının iqtidarda olması ilə bağlıdır:
“Azərbaycanın gələcəyi də məhz yaratdığımız yeni reallıqlara uyğun Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kursun uğurlu icrası ilə yeni mərhələyə qədəm qoyub. Xalqımız öz liderinə inanır və dəmir yumruğa çevrilib. Dəmir yumruq olan yerdə isə heç bir radikal qüvvə bizə mane ola bilməz. Məhz möhkəm xalq iqtidar birliyi ölkəmizin gələcəyini daha da işıqlı edəcəkdir”.
Tehsil-press.az