ADNSU tələbələri 1-ci Beynəlxalq Müsabiqəli Proqramlaşdırma Düşərgəsində iştirak ediblər

ADNSU tələbələri 1-ci Beynəlxalq Müsabiqəli Proqramlaşdırma Düşərgəsində iştirak ediblər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri 1-ci Beynəlxalq Müsabiqəli Proqramlaşdırma Düşərgəsində iştirak ediblər.
ADA Universiteti ilə TechArenanın (Huawei Brand) təşkilatçılığı ilə keçirilən düşərgədə dörd ölkədən (Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan ) 15 komanda iştirak edib.
Azərbaycandan 10 komanda olmaqla 30 tələbənin qatıldığı komandalar arasında ADNSU-nun “SABAH” qruplarının tələbələri - Nərmin Məmmədova, Cahid Cəbizadə, Tuncay İsgəndərli və onların məşqçisi Elviz İsmayılov iştirak ediblər. ADNSU tələbələri sentyabr ayının sonunda Belarusun Minsk şəhərində keçiriləcək düşərgəyə dəvət alıblar. Düşərgə zamanı 5 gün ərzində fərqli çətinlikdə məsələlər üzərində yarışlar keçiriləcək.
Bu il Azərbaycanda təşkil olunan ilk Beynəlxalq Proqramlaşdırma Düşərgəsi noyabrda Misirdə keçiriləcək Beynəlxalq Tələbə Proqramlaşdırma Olimpiadasının finallarında iştirak üçün komandaların hazırlıq mərhələlərindən biridir.

Tehsil-press.az






Oxşar xəbərlər