Konyada 23-cü Beynəlxalq Mexanika Konqresi işə başlayıb

Konyada 23-cü Beynəlxalq Mexanika Konqresi işə başlayıb Türkiyənin Konya şəhərində 23-cü Beynəlxalq Mexanika Konqresi işə başlayıb. Dünyanın müxtəlif elm mərkəzlərinin, universitetlərinin mexanika riyaziyyatçı alimlərinin bir araya gəldiyi bu mötəbər elmi tədbirdə ölkəmizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov, AMEA-nın müxbir üzvü, Türkiyənin Yıldız Texniki Universitetin professoru Surxay Əkbərov, Bakı Dövlət Univetsitetinin Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının müdiri Yusif Sevdimalıyev və Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov təmsil edir.
Konqresdə “Müxtəlif mayelərlə ikitərəfli təmasda olan, əvvəlcədən gərginləşdirilmiş yüksək elastik lövhədə yayılan oxa simmetrik dalğalar” ilə bağlı məruzələr edilib, bu aktual mövzuya dair alimlər tərəfindən suallar geniş şəkildə cavablandırılıb.
Türkiyə Beynəlxalq Mexanikləri Birliyi, İstanbul Texniki və Konya Texniki universitetlərinin təşkilatçılığı ilə reallaşdırılan tədbir bölmə iclasları ilə davam edib və alimlərin məruzələri dinlənilib.
Beynəlxalq elmi konqres sentyabrın 7-dək davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər