Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə tələbə təşkilatlarının forumu keçirilib.
Forum fakültəyə yeni qəbul olunmuş tələbələrin universitetin ictimai-sosial həyatı haqqında məlumatlılığının artırılması və təkliflərinin dinlənilməsi məqsədilə təşkil edilib.
Əvvəlcə müzəffər Azərbaycan Ordusunun uğurlu antiterror tədbirlərində canını fəda etmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad olunub. Sonra elmi işlər üzrə dekan müavini Könül Həsənova Filologiya fakültəsinin uğurlarından danışıb. O ictimai fəaliyyətin tələbələr üçün əhəmiyyətini vurğulayıb.
“Meh" ədəbi dərnəyinin rəhbəri Raman İsmayılov dərnəyin məqsədi, fəaliyyəti və uğurları haqqında məlumat verib. O qeyd edib ki, 2019-cu ildə ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynovanın təşəbbüsü ilə yaradılan dərnək ölkə və beynəlxalq miqyasda layihə və tədbirlər həyata keçirib.
Sonra "Meh"in fəaliyyəti barədə videoçarx nümayiş olunub.
ADPU-nun UNESCO klubunun prezidenti Əhmədağa Babaşov burada tələbələr üçün yaradılan şəraitdən bəhs edib.
Tədbirdə UNESCO barədə videoçarx təqdim olunub.
Tələbə Gənclər Təşkilatının (TGT) sədri Təhmasib İmaməliyev ADPU TGT-nin fəaliyyəti, strukturu və uğurları barədə məlumat verib. O qeyd edib ki, gənclərin ictimai fəaliyyətinin artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə yeni layihələr həyata keçiriləcək.
ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin sədri Nərgiz Quluzadə isə tələbələrin inkişafı üçün hazırlanan layihələrdən söz açıb. ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsi haqqında isə təşkilatın sədr müavini Cəmilə Qurbanova məlumat verib.
Sonda qiraətçi Cəmilə Məmmədova Mahirə Nağıqızının "Mən səni özüm kimi" şeirini səsləndirib.
Tədbir tələbələri maraqlandıran mövzuların müzakirəsi ilə davam edib.
Tehsil-press.az