Pedaqoji Universitetdə Müstəqilliyin Bərpası Gününə həsr edilmiş “Can Azərbaycan” adlı tədbir keçirilib

Pedaqoji Universitetdə Müstəqilliyin Bərpası Gününə həsr edilmiş “Can Azərbaycan” adlı tədbir keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Filologiya fakültəsində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilmiş “Can Azərbaycan” adlı tədbir keçirilib.
Tədbirdə universitet və fakültə rəhbərliyi, habelə fakültənin professor-müəllim və tələbə heyəti, universitetdə təhsil alan əcnəbi tələbələr iştirak ediblər.
Universitetin rektoru professor Cəfər Cəfərov Müstəqilliyin Bərpası Gününün böyük tarixi əhəmiyyətindən danışıb.
Bədii hissə ilə davam edən tədbirdə fakültədə fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvlərindən Cəmilə Məmmədova, Zəhra İskəndərli və İlqar Cabbarov vətənpərvərlik mövzusunda şeirlər, o cümlədən tanınmış şairə Mahirə Nağıqızının, “Salam olsun”, “Vətən, ay, Vətən”, “Sərhəd qapısı” şeirlərini səsləndiriblər.
Daha sonra isə ADPU-da təhsil alan Türkiyə və Pakistandan olan əcnəbi tələbələr Müstəqilliyin Bərpası Gününə həsr etdikləri Azərbaycan dilində bədii kompozisiya ilə çıxış edib, “Qarabağ Azərbaycandır!” nidasını səsləndiriblər.
Beynəlxalq əlaqələr üzrə prorektor, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova tədbir iştirakçılarına minnətdarlığını bildirərək, xüsusən əcnəbi tələbələrin qısa müddətdə Azərbaycan dili və mədəniyyətini yaxından mənimsəmələrini yüksək qiymətləndirib.
Sonda əcnəbi tələbələrə Azərbaycan dili üzrə hazırlıq dərsləri keçən fakültənin müəllimi Aynurə Əliyevaya universitet rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər