UNEC-də təcrübədə olan isveçrəli tələbələrə sertifikatlar təqdim olunub

UNEC-də təcrübədə olan isveçrəli tələbələrə sertifikatlar təqdim olunub İsveçrənin HES-SO Ali İdarəetmə Məktəbinin tələbələrinin Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2 həftəlik təcrübə proqramı yekunlaşıb.
İntensiv təcrübə proqramında tələbələrə müxtəlif sahələr üzrə peşəkar mütəxəssislər tərəfindən silsilə təlimlər keçirilib. Eyni zamanda, isveçrəli tələbələr bir sıra dövlət və özəl qurumlarla tanış olublar.
Təcrübə proqramının son günündə Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Nərmin İbrahimova tələbələrlə görüşərək, onların proqramla bağlı təəssüratlarını öyrənib. Tələbələr proqram çərçivəsində bir-birindən maraqlı mövzularda təlimlər keçirildiyini, eləcə də dövlət və özəl qurumların fəaliyyətləri ilə bağlı böyük təcrübə əldə etdiklərini bildiriblər.
Sonda tələbələrə sertifikatlar təqdim edilib.

Tehsil-press.az



Oxşar xəbərlər