Taylandda 4 minə yaxın ev daşqınlardan zərər çəkib

Taylandda 4 minə yaxın ev daşqınlardan zərər çəkib Taylandın mərkəzi Suxotay əyalətində 4300-ə yaxın ev Yom çayında suyun səviyyəsinin qalxmasından sonra daşqınlardan zərər çəkib.
Bunu Baş nazirin müavini Somsak Thepsut bildirib.
O qeyd edib ki, daşqın 20 min hektardan çox çəltik sahəsinə də zərər vurub.
Qeyd edək ki, həftəsonu yağan güclü yağışlar səbəbindən Yom çayı bazar ertəsi səhər daşıb. Əyalət sakinləri evlərini tərk etmək məcburiyyətində qalıblar.

Tehsil-press.az



Oxşar xəbərlər