Bakıda “Kosmik Nəsil Məşvərət Şurasının yeni kosmos dövründə innovasiyaya dəstəyi” adlı panel müzakirəsi təşkil olunub

Bakıda “Kosmik Nəsil Məşvərət Şurasının yeni kosmos dövründə innovasiyaya dəstəyi” adlı panel müzakirəsi təşkil olunub Ümumdünya Kosmos Həftəsi çərçivəsində Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos”un təşkilatçılığı ilə “Kosmik Nəsil Məşvərət Şurasının yeni kosmos dövründə innovasiyaya dəstəyi” adlı informativ panel müzakirəsi keçirilib.
Azərbaycan-Fransız Universitetində reallaşan tədbirdə Kosmik Nəsil Məşvərət Şurasının dörd nümayəndəsi spiker qismində çıxış edərək tələbələrə öz fəaliyyət və missiyaları haqqında məlumat verib, “yeni kosmos erası”ndan bəhs edib, daimi inkişafda olan kosmik sənayedə innovasiyanın rolunu xüsusi vurğulayıblar.

Tehsil-press.az


Oxşar xəbərlər