74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Milli Aviasiya Akademiyasının tələbələri ilə Konqresə dəvət olunmuş astronavtların görüşü keçirilib.
Görüşdə türkiyəli astronavt Alper Gezeravci, rusiyalı astronavt Anna Kikina, almaniyalı astronavt Reinhold Evald, Birləşmiş Ərəb Əmirliklərindən olan astronavt Hazzaa Al-Mansoori, amerikalı astronavt Antoni Antonelli iştirak edib.
Əvvəlcə qonaqlar Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevlə görüşüblər.
Milli Aviasiya Akademiyasının elm, tədris strukturu ilə tanış olan qonaqlar Pilotların Hazırlığı Mərkəzində, IATA institutunda, TEXNORİTM Mərkəzində olublar. Akademiyanın yeni texnologiyalar üzrə prorektoru professor Xəqani Abdullayev alimlərin, gənc tədqiqatçıların və tələbələrin elmi araşdırmalarının nəticələri barədə məlumat verib, tələbələr öz startap layihələrini qonaqlara təqdim edib.
Tədbirin açılışında Milli Aviasiya Akademiyasının tədris işləri üzrə prorektoru professor Ədalət Səmədov çıxış edərək qonaqları səmimi salamlayıb.
Daha sonra Azərbaycan Respublikasının Kosmik Agentliyinin təhsil meneceri İmran Muxtarov tərəfindən tələbələrə müvafiq qurumun fəaliyyət istiqamətləri, ölkəmizdə keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi və “Beynəlxalq astronavtlar proqramı” haqqında ətraflı məlumat verilib.
Gənclərlə interaktiv sual-cavab formatında aparılan görüşdə astronavtlar kosmosa səyahət və kosmik missiyaları ilə bağlı təəssüratlarını tələbələrlə bölüşüb və sualları cavablandırıblar.
Qeyd edək ki, Bakıda keçiriləcək 74-cü konqres çərçivəsində 190-dan çox texniki sessiya, çoxsaylı konfranslar təşkil ediləcək və 7800 kvadratmetrlik sərgi pavilyonunda müxtəlif ölkələrin kosmik qurumları və şirkətlərinin stendləri nümayiş olunacaq.
Konqresin tərkib hissəsi olan “Beynəlxalq astronavtlar proqramı” “Kosmos və sağlamlıq”, “Kosmos və inklüzivlik”, “Kosmos və STEAM”, “Astronavtların həyat və fəaliyyətinə həsr olunmuş brifinqlər” silsiləsindən ibarət olub, müxtəlif ali təhsil müəssisələri, elmi-tədqiqat institutları və gənclər mərkəzlərində məktəblilər, tələbələr, şəhid və qazi övladları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənc alimlər də daxil olmaqla 3000-dən çox Azərbaycan gəncinin iştirakı ilə görüşlərin keçirilməsini nəzərdə tutur. Xatırladaq ki, gənclər arasında kosmos elminin tərənnümü, yüksək texnologiyalara marağın artırılması, milli kosmik ekosistemin təşviqi proqramının əsas məqsədlərindəndir.
Tehsil-press.az