İlham Əliyev qüdrəti: Yüzilliklərin planlarını pozan 20 ilin yekunu və yeni üfüqlər - RƏY

İlham Əliyev qüdrəti: Yüzilliklərin planlarını pozan 20 ilin yekunu və yeni üfüqlər - RƏY XXI əsrin görkəmli dövlət və siyasi xadimi, qədim və zəngin dövlətçilik tariximizin ən böyük strateqi, Prezident İlham Əliyevin dövlət başçısı seçilməsinin 20 ili tamam olur. Keçilən yola düzgün qiymət verməkdən ötrü başlıca sual olan 1988-ci ildən etibarən Ermənistanın əsassız ərazi iddialarının başladığı vaxtdan bəri Azərbaycan xalqının və hakimiyyətlərinin qarşısında dayanan başlıca vəzifələrin nədən ibarət olduğuna cavab axtarmaqdır. Əsas vəzifə tarixi torpaqlarından, dədə-baba yurdlarından vəhşicəsinə qovulan azərbaycanlıların problemlərini həll etmək, Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsini dayandırmaq, dövlət müstəqilliyi bərpa edildikdən sonra isə dövləti qurmaq və hərbi təcavüz nəticəsində işğal olunmuş torpaqları azad, ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmək idi.
Bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı deyib.
Deputat 1988-1993-cü illərdə bir-birini əvəzləyən bacarıqsız hakimiyyətlərin Ermənistanın Azərbaycanın daxili işlərinə kobud müdaxiləsini və hərbi təcavüzünü dayandıra bilmədiklərini, ərazilərin işğal olunduğunu, qaçqın və məcburi köçkünlər ordusunun yarandığını söyləyib. Bildirib ki, baş verənlər nəticəsində ölkə daha da geri getdi və ümumi böhran yarandı:
“Azərbaycan dövlət müstəqilliyini itirmək, xaricdən dəstəklənən separatçılıqla parçalanmaq təhlükəsi qarşısında dayandığı ağır bir şəraitdə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev təkcə dövləti dağılmaqdan, ölkəni separatçılıqla bölünməkdən xilas etmədi, eyni zamanda, Ermənistanın hərbi təcavüzünü dayandırmaq və işğal edilmiş əraziləri azad etmək üçün müəyyənləşdirdiyi strategiyasını mərhələ-mərhələ həyata keçirməyə başladı. 1994-cü ilin may ayında atəşkəsə gedərkən Heydər Əliyevin başlıca məqsədi ordu qurmaq, bərbad halda olan ölkənin inkişafının açarını tapmaq, fəal xarici siyasət yürüdərək tərəfdaşlar qazanmaq və əraziləri işğaldan qurtarmaq üçün etibarlı zəmin hazırlamaq idi. Ölkənin inkişafının açarını tapan Heydər Əliyev 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycan tarixində ilk dəfə olaraq təbii sərvəti – nefti milli sərvətə çevirdi. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Böyük İpək yolunun, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin və digər layihələrin təməli qoyuldu.

Tehsil-press.az


Oxşar xəbərlər