Dünyada ən çirkli havası olan şəhərin adı açıqlanıb

Dünyada ən çirkli havası olan şəhərin adı açıqlanıb Hindistanın paytaxtı Nyu-Dehli dünyada ən yüksək hava çirkləndiricilərinə malikdir.
Səlahiyyətlilərin bunla bağlı tədbirləri nəticə vermir.
Belə ki, Nyu-Dehlidə havanın keyfiyyət indeksi 346-ya, Mumbayda 177-yə çatıb. Hindistanın paytaxtında incə hissəciklərin konsentrasiyası hər kubmetr havada 296 mikroqram təşkil edib. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi təhlükəsiz səviyyələrdən təxminən 20 dəfə yüksəkdir.
Çikaqo Universitetinin araşdırması göstərib ki, çirkli hava ilə nəfəs almaq hindlinin ömrünü orta hesabla 5,3 il qısaldır.
Qeyd edilir ki, havanın çirklənməsinin bu səviyyəsinə şəhərətrafı ərazilərdə kənd təsərrüfatı tullantılarının aktiv şəkildə yandırılması, həmçinin nəqliyyat vasitələri və kömürlə işləyən elektrik stansiyalarının zərərli tullantıları səbəb olub.

Tehsil-press.az



Oxşar xəbərlər