ABŞ müsəlmanlarından Baydenə ultimatum: Atəşkəs yoxdursa, səs də yoxdur

ABŞ müsəlmanlarından Baydenə ultimatum: Atəşkəs yoxdursa, səs də yoxdur HƏMAS-ın hücumundan sonra İsrailə qeyd-şərtsiz dəstək verən Bayden, Qəzzaya hücumlar və hər gün artan mülki ölümlər səbəbindən balans siyasəti qurmaqda çətinlik çəkir. Müsəlman amerikalılar və Demokratik Partiyanın bəzi üzvləri Qəzzada atəşkəsi təmin etmək üçün təcili addımlar atılmasa, yüz minlərlə müsəlman seçicini 2024-cü ildə Co Baydenin yenidən seçilməsinə səs verməmək üçün səfərbər edəcəkləri barədə ultimatum veriblər. Liderlər prezident Baydeni dərhal atəşkəsi təmin etmək üçün İsrailə təsir imkanlarından istifadə etməyə çağırıblar. “2023 Atəşkəs Ultimatumu” başlıqlı açıq məktubda müsəlman liderlər Amerika müsəlman seçicilərini “İsrailin Fələstin xalqına qarşı hücumlarını dəstəkləyən heç bir namizədi dəstəkləməmək və ya səs verməmək” üçün səfərbər edəcəklərini bildiriblər.
Şura Baydenə göndərdiyi məktubda, "Administrasiyanızın maliyyə və silahlanma da daxil olmaqla qeyd-şərtsiz dəstəyi, mülki insanların itkisinə səbəb olan zorakılığın davam etməsində mühüm rol oynadı və əvvəllər sizə güvənən seçicilərin etibarını sarsıdıb" deyə bildirilib.

Tehsil-press.az


Oxşar xəbərlər