Rusiya hökuməti nüvə silahlarının ləğvi məqsədilə Yaponiya hökuməti ilə əməkdaşlıq haqqında sazişə xitam verir. AZƏRTAC xəbər verir ki, bununla bağlı sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.
“Rusiya Federasiyası hökuməti ilə Yaponiya hökuməti arasında Rusiya Federasiyasında ixtisar edilməli olan nüvə silahlarının ləğvinə kömək etmək və bu məqsədlər üçün Əməkdaşlıq Komitəsinin yaradılması üzrə əməkdaşlıq haqqında 1993-cü il oktyabrın 13-də Tokioda imzalanmış sazişə xitam verilsin, - sərəncamda deyilir.
Rusiya Xarici İşlər Nazirliyinə qərarla bağlı Yaponiya tərəfini xəbərdar etmək tapşırılıb.
Razılaşmanın məqsədi Moskvanın ikitərəfli və ya çoxtərəfli müqavilələrə, eləcə də birtərəfli qərarlara uyğun olaraq azaltmalı olduğu nüvə silahlarının təhlükəsiz şəkildə məhv edilməsini asanlaşdırmaq idi. Bu məqsədlə komitə də yaradılmışdı.
Tehsil-press.az