8 yaşlı qız kələm şorabasından zəhərlənib öldü

8 yaşlı qız kələm şorabasından zəhərlənib öldü Biləsuvar rayonunda qida zəhərlənməsi ölümə səbəb olub.
Hadisə rayonun Təzəkənd kəndində baş verib.
Belə ki, 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı ağır vəziyyətdə, zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Göstərilən bütün həkim yardımlarına baxmayaraq onu həyatda saxlamaq mümkün olmayıb.
Uşağın ölümünə ev şəraitində hazırlanan kələm şorabasının yaratdığı zəhərlənmənin səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az



Oxşar xəbərlər