Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin tərkibində təcrübə proqramının açılışı olub.
Tədbirdə şöbənin müdiri, ADPU-nun mətbuat katibi Cavid Hüseynov, redaktor Taleh Mirzəyev, dizayner Elvin Vahidov və “ADPU TV”nin rəhbəri Raman İsmayılov proqram haqqında ətraflı məlumat veriblər.
Bildirilib ki, proqramda iştirak üçün müraciət etmiş 200-dən çox tələbə ilə müsahibə aparılıb və onlardan 50-si seçilib. Həmin tələbələr 6 ay müddətində Pedaqoji Universitetin rəsmi saytı, “Gənc müəllim” qəzeti, sosial media hesabları, “ADPU TV” yutub kanalının işinə cəlb olunacaq. Təcrübə zamanı təhsil mediası, ictimaiyyətlə əlaqələr və daxil olan sorğuların cavablandırılması, press-relizlərin yazılması, dizayn-montaj işləri, habelə aparıcılıq, müxbirlik və aktyorluq haqqında məlumat veriləcək.
Proqramı uğurla tamamlayan iştirakçılara sertifikat təqdim olunacaq.
Tehsil-press.az