Coğrafiyaçı alimlər OIKO şirkətinin nümayəndəsi ilə görüşüblər

Coğrafiyaçı alimlər OIKO şirkətinin nümayəndəsi ilə görüşüblər Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru, Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri dosent Zaur İmrani və Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynovanın OIKO şirkətinin biznesin inkişafı üzrə köməkçisi Anni Uebber ilə onlayn formatda görüşü keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd ikitərəfli əlaqələrin gücləndirilməsi və şirkətin iştirak etdiyi layihələrdə Coğrafiya İnstitutundan da ekspertlərin seçilməsi olub.
Anni Uebber bildirib ki, təmsil etdiyi şirkətin əsas məqsədi davamlı inkişafı təmin etmək və qorumaq üçün qərəzsiz tədqiqat və siyasət məsləhətləri verməkdir.
Görüşdə Z.İmrani Coğrafiya İnstitutunda ixtisaslaşmış şöbələr, görülən işlər və institutun əməkdaşlıq edə biləcəyi istiqamətlər üzrə məlumat verib, Anni Uebberin suallarını cavablandırıb.

Tehsil-press.az


Oxşar xəbərlər