ADA Universitetinin nümayəndələri Gürcüstana səfər çərçivəsində azərbaycanlıların daha yığcam yaşadıqları bölgələrdə görüşlər keçiriblər.
Marneulidəki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində keçirilən görüşdə tələbə və gənclərə ADA Universitetinin fakültələri, tələbə qəbulu qaydaları, tədris proqramları, soydaşlarımız üçün yaradılacaq şərait barədə məlumat verilib.
ADA Universitetinin Qazax Müəllimlər Seminariyasının layihə meneceri Samirə Ağayeva və universitetin Tələbə qəbulu şöbəsinin nümayəndəsi Mahnur Abbasova müəllim və tələbələri maraqlandıran məsələlərə aydınlıq gətiriblər.
Daha bir görüş “Çay Evi”ndə (“Tea House”) keçirilib. ADA Universitetinin nümayəndələrinin “Tea House”da təhsil alan gənclərlə görüşüblər. Tədbirdə Mahnur Abbasova və Samirə Ağayeva ilə yanaşı, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Ramil Lətifov iştirak ediblər. Görüş zamanı gənclərə ADA Universitetində təhsil proqramları haqqında ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Universitetin nümayəndə heyəti Qardabanidə də olub. Qardabani İnteqrasiya Mərkəzində də tələbə və gənclərə ADA Universitetinin fəaliyyəti və perspektivləri barədə məlumat verilib.
Tehsil-press.az