ADA Universitetinin nümayəndə heyəti Hindistanda səfərdə olub

ADA Universitetinin nümayəndə heyəti Hindistanda səfərdə olub ADA Universitetinin nümayəndə heyəti hindistanlı tələbələrin ali təhsil ocağına cəlb edilməsi məqsədilə noyabrın 2-7-də Hindistanda səfərdə olub.
ADA Universitetinin ictimai və beynəlxalq münasibətlər fakültəsinin “Kommunikasiya və rəqəmsal media” proqramının rəhbəri Şəfəq Mehrəliyeva və tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova səfirliyin dəstəyi ilə səfər çərçivəsində Dehli və onun yaxınlığında yerləşən aparıcı məktəb və universitetlərdə, o cümlədən “Jawaharlal Nehru University”, “Jamia Hamdard University”, “K.R. Mangalam University”, “St. George’s School”, “K.R. Mangalam Global School”, “Green Fields School” kimi təhsil ocaqlarının rəhbər şəxsləri, müəllim heyəti və tələbələri ilə görüşlər keçiriblər. Görüşlərdə “Study in Azerbaijan” proqramı çərçivəsində Azərbaycanda təhsil almaq imkanları, o cümlədən ADA Universitetinin bakalavr və magistr proqramlarına dair təqdimatlar edilib.
ADA Universitetinin nümayəndələri Zəfər bayramı ilə əlaqədar səfirlikdə təşkil edilmiş tədbirə qatılıb, “İnternational Education Fair” adlı beynəlxalq təhsil sərgisində iştirak ediblər.
Bundan əlavə, səfər çərçivəsində Ş.Mehrəliyeva Hindistanın aparıcı media orqanlarına müsahibə verib.

Tehsil-press.az


Oxşar xəbərlər