Türkiyəli sosial media fenomeni Dilan Polatın 2019-cu ildə paylaşdığı və “Çempionlar liqası” adlandırdığı fotodakı 12 nəfərin bütün əmlakına həbs qoyulub.
Qısa müddət öncə həmin fotodakı 15 fenomenə beynəlxalq səyahət qadağası qoyulmuşdu.
Anadolu Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində sosial mediaya fenomenləri Eylül Öztürk Özkan, Feyzanur Başar, İleyda Topal, İlke Elagöz, Kadir Yiğit, Merve Nur Korkut, Məhəmməd Oğuz Başar, Murat Yiğit, Tolunay Topal, Yasemin Yiğit, Tuğba Dəmir, Yavuz Səlim Qorqudun bütün əmlakları müsadirə edilib.
Qeyd edək ki, həmin fotoda olmayan Təyyar Taylan Öz və Özlem Özün də bütün var-dövləti müsadirə edilib. Onlar barəsində də istintaq başladılıb.
Xatırladaq ki, Türkiyədə son günlər sosial media fenomenlərindən polisə çoxsaylı şikayətlər daxil olur. Keçirilən əməliyyatlar çərçivəsində noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.
Noyabrın 14-də isə sosial media fenomenləri Bahar və Nihal Candan bacıları çirkli pulların yuyulması iddiaları ilə saxlanılıb. Ötən ayın 23-də müğənni və fenomen Banu Parlak saxlanılsalar da, sərbəst buraxılıblar.
Tehsil-press.az